Eşitmə itkisinin gözlənilməz səbəbləri bəlli oldu
Stres və qeyri-sağlam irsiyyət eşitmə qabiliyyətinin itkisinə səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Stres fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər ki, bu da eşitmə itkisinə səbəb ola bilər", - rusiyalı otorinolarinqoloq Yana Nikitkina bildirib.
həkimlər tez-tez genetik pozğunluqlar səbəbindən uşaqlarda eşitmə itkisi ilə qarşılaşırlar. Yetkin insanlarda da eşitmə itkisinə irsiyyətin müəyyən rolu var.
"Elə insanlar var ki, hətta bir dəfə yüksək səslərə məruz qaldıqda belə, bu, eşitmə itkisinə səbəb ola bilər. Bunlar, ehtimal ki, bəzi genetik mutasiyalara görədir", - Nikitkina qeyd edib.
Onun sözlərinə görə, hər yaşda olan insanlar eşitmə itkisinə həssasdırlar. Qulaq iltihabı xəstəliklərinə gənclərdə daha çox rast gəlinir, yaşlılar üçün isə eşitmə sinir hüceyrələrinin yaşa bağlı pozulması ilə əlaqəli eşitmə itkisi xarakterikdir.
"Eşitmə qabiliyyətini bərpa etmək üçün ən vacib məqam erkən diaqnoz və vaxtında müalicədir", - deyə həkim yekunlaşdırıb.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi