Eşitmə zəifliyi hansı səbəblərdən yaranır?
Eşitmə ilə bağlı qüsurlar hal-hazırki dövrdə fərqli yaş insanlar arasında müşahidə olunur, əvvəllər daha çox yaşlı insanlar eşitmə problemlərindən şikayət edirlər.
Bu tendensiyanın səbəbi nədir və nə üçün eşitmə problemləri yaranır?
Eşitmə problemlərinin yaranması çox vaxt aşağıda qeyd olunan amillərlə əlaqəli ola bilir:
Güclü dərman vasitələrinin düzgün istifadə edilməməsi. Eşitmə itkisinə səbəb həqiqətən, uzun müddətli və ya anormal müalicənin yan təsiri ola bilər,
Yüksək səs-küylü yerlərdə olmaq. Xüsusilə, bu cür məkanlara - klub və diskotekalar, çəkiliş zonaları, tikinti sahələri və sənaye atelyeləri daxildir,
Eşitmə orqanlarının infeksiya xəstəlikləri - xüsusilə otitə tutulması. Uşaqlıq dövründə otit xəstəliyini keçirən şəxslərdə eşitmə qüsurları özünü 25 ildən sonra hiss etdirməyə başlayır,
Genetik ötürülən xəstəliklər və ya anadangəlmə qüsurlar,
Baş və ya qulaq zədələri,
Yaş dəyişiklikləri.
Xəstəliyin profilaktikası kimi, səsli-küylü məkanlardan uzaq olma, qulaqcıqlarla müsiqi dinlənməsindən yan keçmək tövsiyyə edilir. Maraqlısı odur ki, xəstəliyin yaranmasında əsas faktor kimi məhz yeniyetmə və gənc yaşlarda eşitmə orqanlarına yüksək səslə gərginlik verilməsi göstərilir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi