Əsnəmə xəstəliyin əlaməti ola bilər

Əsnəmə xəstəliyin əlaməti ola bilərƏsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir.
Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.
Azertag.az bildirir ki, bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.
Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir.
Əsnək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.
Əsnək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi "güzgü-neyron" sistemi ilə həyata keçirir. Həmin "güzgü-neyronlar" bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.
Əsnək beyində hipotalamus vasitəsilə idarə olunur və həmin mərkəz ümumilikdə lamisə orqanlarını idarə edir, həmçinin duyğularla da əlaqədardır. Ürək sıxılanda, yəni hansısa problem olanda və yaxud durğun vəziyyət zamanı hipotalamus mərkəzinə siqnallar gedir və əsnəmə başlayır. Əsnək heyvanlarda və quşlarda da mövcuddur. Alimlərin fikrincə, insan beyni kompüter kimi işləyir: məsələn, o qızanda pis işləməyə başlayır və bu zaman əsnək yaranması böyük miqdarda qanın və daha sərin havanın gəlişini təmin edir, bunun nəticəsində beynin fəaliyyəti yaxşılaşır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1208   Tarix: 19 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü