Ətin faydalı və zərərli tərəfləri - Ekspert RƏYİ

Ətin faydalı və zərərli tərəfləri - Ekspert RƏYİBu gün bütün dünyada sanki insanları vegetarian olmağa səsləyən bəzi maraqlar var ki, bu maraqların arxasında nəhəng güclər dayanır. Məqalələrimdən birində iribuynuzlu heyvanların məhvinin planlaşdırılması haqqında da bir mövzuya toxunmuşdum. Məsələ burasındadır ki, insanları ət yeməkdən çəkindirən həmin o güclər süni ət istehsalı ilə məşğul olan nəhəng şirkətlərdir. Bəs insan ət yeməlidirmi?
Publika.az xəbər verir ki, bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.
Ətin faydalı və zərərli tərəfləri - Ekspert RƏYİEkspert ət yeməklə bağlı bir sıra vacib məqamları açıqlayıb:
1. İnsan övladı "Omnivor", yəni həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan canlılar qrupundandır. Belə ki, insan digər məməlilərə nisbətən həm kəsici, həm üyüdücü, həm də parçalayıcı dişlərə sahibdir. Bu da o deməkdir ki, insan təbii olaraq ət yeməlidir və bu, onun üçün vacibdir.
2. Heyvan mənşəli zülallar yeyilib həzm olunduğunda qanımıza amin turşusu olaraq keçir. Amin turşularının hüceyrə quruluşunda önəmli vəzifələri var, eyni zamanda toxumalarımızın, sümüklərimizin əmələ gəlməsində, həmçinin enzimin quruluşunda və bir çox biokimyəvi fəaliyyətdə də böyük rolları var. Haradasa 20 çeşid dəyişik cins amin turşusu var ki, bunlardan 9-u əsas amin turşularıdır. Onlar da mütləq qida vasitəsilə alınmalıdır.
- Fenilalin
- Valin
- Treonin
- Triotofan
- Metionin
- Lösin
- İsobösin
- Lizin
- Histidin
3. Heyvan mənşəli qidalar zülal mənbəyi olaraq sağlamlığımız və metabolizmamız üçün çox önəmlidir. Başda B12 olmaqla B kompleks vitaminlərini, dəmiri, sinki, seleniumu da qırmızı ət məhsullarından alırıq. Gündəlik zülal ehtiyacı hər kiloqrama 1 qramdır.
Nəzərə alsaq ki, gündəlik zülala olan tələbatımızın içərisində digər zülallı qidalar, yumurta, ağartı məhsulları və s. qidalar da var, o zaman zülal hesabından çıxmaq lazımdır.
Məsələn: 100 qram qırmızı ətdə 28 qr zülal var. Yəni 75 kq olan bir insanın gündəlik zülal ehtiyacını 250 qram ət ilə ödəmək olar. Amma bu, gündə 250 qr ət yemək anlamına gəlmir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, başqa zülallı qidalara da yer ayırmaq lazımdır. Əti çox yeməmək şərti ilə az da olsa, istehlak olunmalıdır. Elm deyir ki, zülal ehtiyacının 50 faizini heyvan mənşəli qidalardan, digər 50 faizini isə bitki mənşəli qidalardan əldə etməliyik. Bunlar göbələk, quru meyvələr, brokkoli kimi zülalla zəngin qidalardan ibarətdir.
4. Madam ki, ət bizim təbii qidalanmağımızın bir parçasıdır, o zaman ondan istədiyimiz qədər istifadə edə biləri? Xeyr. Çünki hər şeyin çoxu zərərlidir, həmçinin normadan çox zülal istehlak etməyin də bəzi zərərləri var.
5. Zülalların həzmində əmələ gələn amin turşularının çoxluğunun nə ziyanı var? Metabolizmamızın ehtiyacından çox olan amin turşuları, bir enerji qaynağı olaraq istifadə olunmadığında və eyni şəkildə depolanmadığında bunun bir şəkildə tənzimlənməsi lazım gəlir. Artıq burada qaraciyərimiz dövrəyə girir. Tələb olunandan çox olan amin turşuları biokimyəvi proseslərdən keçərək "Keton" cisimlərinə və "Karbamid"ə çevrilir. Bu müddət ərzində əmələ gələn bir maddə də urik turşusudur. Urik turşusu qurd xəstəliyinin yeganə səbəbidir. Bundan əlavə, urik turşusunun şəkər xəstəliyi ilə yanaşı, ürək-qan-damar xəstəliyi də əmələ gətirdiyi elmi olaraq sübut edilib.
6. Qanda amin turşusu yüksəldiyi zaman qara ciyərimizdən IGF1 hormonu ifraz olmağa başlayır. Bunun izahı "İnsulin Like Growt Factor"dur. Yəni insulinəbənzər böyümə faktoru. Bu maddə beyindəki böyümə hormonu ilə birlikdə çalışaraq hüceyrələrimizə "böyüyün, inkişaf edin, bölünün" mesajı verər. Əgər biz böyümüşüksə, yaşımız 25-dən yuxarıdırsa və inkişaf edib böyüməli yerimiz qalmayıbsa, o zaman bu hormon hüceyrələrə "böyüyün, inkişaf edin və xərçəngə çevrilin" mesajı verir. Ona görə də idmançılar əzələ inkişaf etdirdikləri üçün əti çox istehlak edə bilərlər, amma təbii ki, həddi aşmadan. Normal insanlar da əti öz çəkilərinə və sağlamlıqlarına uyğun olaraq istehlak etməlidirlər. Xəstələrə gəlincə, onlar həkim nəzarətində həm ət suyu, həm də ət istehlak edə bilərlər.
7. Elmi araşdırmalara əsasən, heyvan mənşəli zülalların xərçəngə çevrilməsinin bir səbəbi də bişirmə texnologiyasıdır. Ət deyəndə heç kimin ağlına xaşlama, qaynadılmış, pörtləmiş ət gəlmir. Əksinə, ət deyəndə ağlımıza ilk gələn kabab və manqal yeməkləridir. Kabablara o gözəl qoxunu və ləzzəti verən ətlərin qızarmış qismlərinin içində "Heterotsiklik aminlər" , "Polisiklik aromatik karbohidrogenlər" və "Advanced glycation and products", yəni üzdə qəfil qırışların çoxalmasına səbəb olan inkişaf etmiş qlikasiya deyilən kimyəvi maddələr var. Bu maddələrdən ikisi - heterotsiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kanserogen maddələrdir. Bunlar da qida borusu, mədə və bağırsaq xərçənginə səbəb olur. "Advanced glycation and products" inkişaf etmiş qlikasiya isə damar zəhəri olaraq ürək-damar və böyrək xəstəliklərinə səbəb olur. Kabab bişirərkən onun közdən ən az 10 sm aralı olması və kömürün təbii çubuqdan olması da vacib məqamlardan biridir.

Sağlamlıq     Baxılıb: 1723   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

yay kolleksiyasi aksessuarlar geyim seçimi mayasiz pizza xemiri murebbeler ət yeməkləri maraqli toy ideyalari kosmetika vətən haqqında bayatılar qurd xəstəliklərinə qarşı mualicə toy gecesı sekis birlik