Ətlə qatığın birlikdə istehlakı zərərlidir? - Ekspert AÇIQLADI

Ətlə qatığın birlikdə istehlakı zərərlidir? - Ekspert AÇIQLADIƏtin yanında qatıq yemək olmaz deyən bəzi mütəxəssislər var. Maraqlı məqam burasındadır ki, sadəcə deyib keçirlər, ancaq elmi izahını vermirlər.
Bu insanların iddialarına görə, ətlə bərabər istehlak edilən qatıq ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibində olan dəmir məhv olur. Əslində isə bu, yanlış fikirdir və insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil.
Bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.
Ekspert bildirib ki, milli mətbəximizin formalaşması bütün dünyaya səs salıb: "Mən beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və biz hər zaman bu festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik. Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmasa və ya hər hansısa bir zərəri olarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda, milli dəyərimiz olan dolmanın yanında min illərdir sous olaraq qatıq verilirsə, demək ki, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki, bunun da bir elmi izahı var".
A.Salamov qeyd edib ki, qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmirlə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər: "Ancaq bu da kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca, dəmirin vücud tərəfindən sovrulması, kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanın yanında qatıq istehlak ediriksə, qatıq da maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burada dəmir və ya zülal itkisindən söhbət gedə bilməz. Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər. Demək ki, hər şey öz çərçivəsində, normasında daha gözəldir"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 985   Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

gözəllik məhsulları qadın geyimi geymler 2026 sekis türk mətbəxi badımcan yeməyi cemli piroq kosmetika burcler haqqinda həmidə geyim yemekler haxisda