Ətraf mühitə atılan maskalar nəyə səbəb olur?

Ətraf mühitə atılan maskalar nəyə səbəb olur?Maskaların ətraf mühit atılması dolayısı yolla koronavirusun yayılması üçün də zəmin yaradır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə bildirib.
Mütəxəssis ətraf mühitin mühafizəsi ilə bağlı məqaləsində bildirib ki, 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya gündəmini zəbt etməsi artıq insanları daha diqqətli olmağa məcbur etdi: "İnsanların böyük bir qismi koronavirusdan qorunmaq üçün gigiyena qaydalarına riayət etməli, sosial məsafəni gözləməli və tibbi maskalardan istifadə etməli olduqlarını anladı.
İnsanlar arasında tibbi maskalardan istifadə göstəricilərinin artması xəstəliklə mübarizədə bir tərəfdən mütəxəssisləri sevindirsə də, digər tərəfdən fərqli bir ətraf mühit problemini özü ilə gətirdi.Belə ki, bir çox insanlar istifadə etdikləri fərdi qoruyucu vasitələri-maska və əlcəkləri əksəriyyət hallarda tullantı qablarına deyil, ətraf mühitə atmağa başladı. Nəticədə təbiətdə minlərlə il qala biləcək bu vasitələr ətraf mühit üçün kifayət qədər təhlükəli və ciddi bir problemə çevrilməyə başladı".
Ş.Mirzəzadə qeyd edib ki, pandemiyadan əvvəl bütün Yer kürəsi üçün qlobal bir təhlükə olan ətraf mühit çirklənməsi pandemiya dövründə daha da ağırlaşıb: "Alimlər dünya miqyasında pandemiyanın hər ayında 129 milyard üz maskası və 65 milyard əlcək istifadə edildiyini və təbiətə atılan bir maskanın yoxa çıxmasının təxminən 500 il çəkəcəyini qeyd edirlər. Beləliklə, fərdi qoruyucu vasitələrin ətraf mühitə atılması ciddi çirklənməyə səbəb olur və nəticədə insan sağlamlığına zərərli təsir göstərir".
Onun sözlərinə görə, dünyada ölümlərin 23% -i və əlilliyin 22% -i çirklənmə ilə əlaqədardır. Digər tərəfdən, maskaların ətraf mühit atılması dolayısı yolla koronavirusun yayılması üçün də zəmin yaradır: "Buna görə də koronavirusla mübarizədə əvəzsiz rola malik olan fərdi qoruyucu vasitələri doğru şəkildə istifadə etmək və daha sonra tullantı qablarına atmaq lazımdır. Bu həm pandemiya ilə mübarizədə, həm də ətraf mühiti çirklənmədən qorumaq üçün vacib əhəmiyyətə malikdir. Unutmamaq lazımdır ki, sağlam ətraf mühit sağlam insan deməkdir!"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1368   Tarix: 13 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma