"Eurovision" şərhçimiz o olacaq
"Avroviziya: Europe Shine A Light" adı altında 16-may 2020-ci ildə, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.
Bu barədə Open.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq. Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi "Kleopatra" mahnısı ilə Azərbaycandan qoşulacaq.
Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.
Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş "Avroviziya 2020" mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.
Qeyd edək ki, "Avroviziya 2021" mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür