Ev işlərini duz vasitəsi ilə yüngülləşdirin
Xörək duzu yalnız qida hazırlanmaq üçün istifadə olunmur. Həm də onun köməyi ilə ev işlərinin əksər hissəsini yüngülləşdirmək mümkündür.
1.Xörək duzunun köməyi ilə xalçanın rəngini daha parlaq etmək olar. Bunun üçün axşamdan onun üst hissəsinə xırda düz tökmək lazımdır. Səhər isə onu nəm süngərin köməyi ilə təmizləyin.
2. Xörək duzu bıçağın ucunun iti kəsməsi üçün də istifadə olunur. Bunun üçün bıcağı yarım saat zəif duzlu məhlulda saxlamalısınız.
3. Rəngli əşyaların solamaması üçün onları isti duzlu su ilə yuyun. Nişastaya əlavə olunmuş bir ovuc duz paltarlara kifayət qədər təravət və parlaqlıq verəcək.
4. Yeni yuyulmuş tül pərdələri bir müddət duzlu suya salsanız, onlar nişastalanmış kimi görünəcək və parlaqlıq əldə edəcəklər.
5. 3 xörək qaşığı ammonyaka ½ çay qaşığı duz atıb, köynəklərin manjet və yaxalıqlarından yağlı ləkəni təmizləmək mümkündür.
6. Duz vanna otağında nəm qoxusunun qarşısını almağa kömək edir. Bunun üçün döşəməyə bir az duz səpmək kifayətdir.
7. Doğranmış soğanı uzun müddət saxlamaq üçün onu düz səpilmiş qabın içərisinə qoymaq lazımdır.
8. Dəridəki balıq, sarımsaq və ya soğan qoxusundan azad olmaq üçün, əlləri yumazdan əvvəl yüngülcə duzla ovuşdurmaq lazımdır.
9. Yeni tavanı istifadə etməzdən əvvəl onun dibinə duz töküb odda qızdırmaq lazımdır. Sonra tavadakı duzu silib, tavanı yağlayın və yenidən qızdırın.
10. Duzla qızdırılma digər mətbəx dəstlərindən, boşqablardan, qazan və tavalardan balıq qoxusunu aparmağa da kömək edəcək.
11. Ütünün səthini təmizləmək və ona parlaqlıq vermək üçün onu yüngülcə qızdırın, düza batırılmış əski parçası ilə silin.
12. Rezin qızdırıçının (qrelka) istini uzun müddət saxlaması üçün onun içərisinə bir qədər duz qatılmış su tökün.
13. Yanmış südün dadını yaxşılaşdırmaq üçün ona bir az xörək duzu əlavə edin.
14. Müxtəlif yeməklərin tez hazırlanması üçün, onun suyuna düz töküb, odun temperaturunu suyun qaynama dərəcəsinə qədər qaldırmaq lazımdır.
15. Pəncərə şüşələrini və güzgünü yaxşı təmizləmək üçün onları duzlu sya batırılmış süngərlə təmizləyin. Belə məhlul donmuş pəncərə şüşələri üçün də effektlidir. Duz qabındakı duz quru qalsın deyə onun içərisinə bir neçə düyü dənəsi atın.
f Paylaş







Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı