Evdəki pis qoxuların qarşısını alan PRAKTİK ÜSULLAR

Evdəki pis qoxuların qarşısını alan PRAKTİK ÜSULLAREvi nə qədər təmiz saxlasanız da, pis qoxulardan xilas olmaq hər dəfə mümkün deyil. Qarşısını almaqsa mümkündür. Qadinsayti.az evdəki xoşagəlməz iylərdən xilas olmaq üçün bir neçə praktik üsulla sizi tanış edir.

Zibil qoxusu

Zibil qutusunun içinə karbonat (soda) və ya qabartma tozu səpin. Tualetlər üçün hazırlanan qoxu aradan qaldıran həbləri qoymaq da pis qoxuların meydana gəlməsinə mane olar.

Tualet qoxusu

Davamlı təmizləməyinizə baxmayaraq, tualetinizdəki qoxulardan xilas ola bilmirsinizsə, unitazın içinə yarım stəkan karbonat, limon suyu və ya sirkə töküb bol suyla durulayın. Eyni zamanda, qəhvə dənələri tökün və sonra qaynar su ilə yuyun. Bir stəkan karbonatı və ya limon suyunu hamam otağının uyğun bir küncündə davamlı saxlayın. Bu üsul pis qoxunun yaranmasının qarşısını alacaq.

Boya qoxusu

Günlərlə evdən getməyən boya qoxusundan otağın ortasına bir qab parçalanmış boyat çörək qoyaraq xilas ola bilərsiniz. Ertəsi gecə də qaynamış isti süd qoyun.

Soyuducu qoxuları

Ağzı açıq bir qaba sirkə və ya karbonatlı su töküb soyuducuya qoyaraq içərisinin iy verməsinə mane ola bilərsiniz. Pendirin soyuducunu iylətməməsi üçün isə pendir qabına bir az kəklikotu qoyun.

Qarderob qoxuları

Limon və ya portağalı qərənfil suyuna batıraraq qarderobunuza asın. Meyvələr geyimlərinizə xoş qoxu yayacaq.

Yemək qoxuları

Yeməyin qaynadığı suya bir parça göbələk atsanız, yayılan pis qoxunun qarşısını ala bilərsiniz. Qızartma bişirərkən yağına bir sap cəfəri ataraq qoxunu azaltmaq olar. Balıq qoxusundan isə ağzı açıq qazanda sirkəli su qaynadaraq xilas olmaq mümkündür.

Mətbəx şkaflarının qoxuları

Rəflər və şkaflardan gələn qoxulardan xilas olmaq üçün içlərini spirtli suyla silin. Bir xırda qabın içinə un, xardal və ya qoxulu sabun qoyun. Aile.lent.az

Maraqlı     Baxılıb: 3372   Tarix: 23 sentyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

turlar.az

kosmetika mehsullari gozel gorunmek geyim şəkilləri permanent makiyaj xina yaxdi sozleri biliye aid atalar sözləri mimoza salatinin hazirlanma qaydasi kosmetika qiz evi toyuq salati tərəzi dostluq faydalı məsləhətlər