"Evə kişidən çox mən pul gətirirəm" - Gülyanaq Məmmədova
"Ziyanın (həyat yoldaşı - red.) işinin adı məni sevməkdir. Xanımına dəyər verməkdir... Onun da öz işi var. Türkiyə ilə bağlı iş qurub".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Ay Zaur" verilişində deyib. Həyat yoldaşı Ziyadan danışan müğənni gəlirindən bəhs edib. O, "Evdə kim çox qazanır" sualına belə cavab verib: "Bizdə sənin-mənim söhbəti yoxdur. Evə mən çox pul gətirirəm. Toy adamıyam, niyə gizlədim. Arvad qazancı qapıdan asılan daşdır, kişinin başına dəyir. Ancaq bizdə belə fərq qoyulmayıb. Övlad böyüdürük, ikimizin barıdır. Bizdə sevgi, məhəbbət, dostluq cəmlənib, ailə olub".
G.Məmmədova bacısı Gülyaz Məmmədovadan danışıb. O bildirib ki, toy gəlirini bir yerdə yığırlar: "Bizim büdcəmiz eynidir. Gəlirimizi bir yerə qoyur, bir də xərcləyirik".(Axsam.az) /open.az









Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
6 yaşlı uşağa Aygün Kazımovanın mahnısını qulaq asdırmaq olmaz
Bu seriallar gələn həftə yayımlanmayacaq
Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur
Safurə də ilin albomunda
Qadın müğənniyə azadlıq versən cızığından çıxar' - Elnarə
Naibə Allahverdiyevanın qızının toyu bu tarixdə olacaq
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
Orhan Gencebay xəstəxanaya yerləşdirildi
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı