Evlənən zaman nəzərə alınmalı mühüm amillər

Evlənən zaman nəzərə alınmalı mühüm amillərEvliliyin mühüm meyarları bunlardır:

1. İman və dindarlıq.

Dini dəyərlərə sadiq olmaq şübhəsiz ki, ailənin xoşbəxt həyatının mühüm amilidir.

2. Ailə vəziyyəti.

Hər iki tərəfin ailəsini tanımaq - oğlanla qızın ailə həyatına təsir qoyan amillərdəndir. Bu məsələdə əgər uyğun gələrlərsə, cütlərin gələcək ailələri də möhkəm olar.

3. Yaş.

Qadınla kişinin arasında olan yaş fərqi ailənin mühüm amillərindəndir. Ailə mütəxəssislərinin nəzərinə görə oğlanla qızın 2-6 yaş fərqi olmalıdır.

4. Təhsil.

Qızla oğlanın təhsil səviyyəsi təqribən fərqlənməməlidir. Elm əldə etməyin öz fəzilətləri vardır.

5. Ailənin ictimai-iqtisadi vəziyyəti.

Hər iki tərəfin ailəsi ictimai və iqtisadi cəhətdən oxşar səviyyədə olmalıdır. Bu zaman heç bir tərəf o birindən üstün olduğunu düşünməz.

6. Mədəni səviyyə.

Fərdi və ictimai dəyərlər, adət-ənənə, rəftar, paltar geyinmək tərzi, qızla oğlanın yemək tərzi cütlər arasında həmrəylik yaradar. Ona görə də cütlərin hər biri qarşı tərəfin mədəni dəyərləri ilə yaxından tanış olmalıdır.

Evlilik cəmiyyətin təməlini möhkəmləndirən kiçik cəmiyyətdir. Gələcək həyat yoldaşının düzgün seçimi bu cəmiyyətin həyatını davamlı edər. Həqiqətdə gələcək nəslin sağlam olması bu mövzudan asılıdır.

Qadınla kişi bir-birinin ictimai və psixoloji ehtiyaclarını təmin edərlər. Xoşbəxt ailənin meyarları:

1. Müştərək əlaqələrə yiyələnmək.

2. Müştərək fəaliyyətlərə malik olmaq.

3. Bir-birinə olan sevgini bəyan etmək.

4. Bir-birinə etimad bəsləmək.

5. Bir-birinin seçimini rədd etməmək.

6. Bir-birinin əqidəsinə, dostlarına və tanışlarına ehtiram bəsləmək.

Hər bir cavan özünə həyat yoldaşı seçən zaman onunla eyni yaşda və ya az yaş fərqində olmaq istəyir. Çünki, onların ortaq maraqları olar və bu onların evliliyini möhkəm edər. Əgər cütlərin mədəni dəyərləri bir-biri ilə uyğun gələrsə, çox nadir hallarda konflikt edər, küsülü gəzərlər.

Biz hər nə qədər istəsək də yenə də qadınla kişi arasında fərq olar. Ancaq bunu bilmək lazımdır ki, bu fərqlə də bir yerdə yaşamaq olar.

Tədqiqatlar göstərir ki, cavan ailənin xoşbəxt və ya bədbəxt olacağını ilk günlərindən müəyyən etmək olar. Çünki qarşılarına çıxan problemlərin çoxu üzdə olacaqdır. Ona görə də mütəxəssislər qızla oğlanın evlilikdən qabaq bir-birini ətraflı tanımasını məsləhət görür. Belə olan halda gələcək ailə həyatında daha az çətinliklə üzləşərlər.

Ailə və Uşaq     Baxılıb: 2816   Tarix: 15 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə