Evlənəndən sonra niyə kökəlirik - 6 ağlagəlməz səbəb

Evlənəndən sonra niyə kökəlirik - 6 ağlagəlməz səbəbArıq, incə-mincə qız –oğlan görüşür, evlənir və artıq bir ailə kimi daha çox vaxt keçirir, bir yeyib, bir içir. Bir də onda ayılırlar ki, qədd qamətli ər qarınlı kişiyə, 56 kiloqramlıq incə, zərif qız isə 70 kiloluq qadına dönüb. Bundan sonr adətən kişilər tərəfindən qadının kilosuna, bədəninə iradlar başlayır, xəyallar suya dönür, ya da bununla barışıb yaşayırlar.
Evlənəndən sonra ər-arvadın kökəlməsi ta qədimdən sübut olunmuş faktdır. Onun tibbi izahı da var.

Toydan sonra kökəlməyin 5 səbəbini təqdim edirik.

1.Qarşı tərəfin vərdişləri

Amerika tədqiqatçıları hesablayıb ki, evlilikdən keçən ilk 5 ildə qadınlar 10 kq, kişilər isə 13 kq kökəlir. 25 yaşa kimi evlənən cütlüklərdə kökəlmə daha sürətlə gedir.

Birlikdə yemək, soyuducunu doldurmaq, hər gün dadlı yeməklər, kişinin özünü məsul hiss edib daha çox bazarlıq etməsi, qadının evdarlığını göstərməsi üçün fədakarlığı və axırda da bişirilənləri yemək məcburiyyəti nəticədə hər ikisini kökəldir.

Kişinin ürəyinə yol mədəsindən keçir, arvad almışam ki, ev yeməyi yeyim kimi fikirlər beyində kök salır və yaxşı yemək sanki birinci məqsədə çevrilir.

2.Romantik içki axşamı

Statistika göstərir ki, evləndikdən sonra cütlüklər daha çox alkoqol, şərab, pivə alıb, birgə içir və daha çox qadınlar kişilərə qoşularaq bu vərdişi qazanır. Belə daha romantikdir düşünərək, spirtli içki qəbulundan sonra həm yağlı, həm də duzlu qidalara meyl artır.

3.Qısqanclıq, şübhələr

Evləndikdən sonra cütlüklər bir-birinə soyuyacağından qorxur, qadınlar ərindən şübhələnir, bir balaca soyuqluq, diqqətsizlik onların qısqanclıq krizinə salır.
Bu fikilər qüssə, depressiya və bunlarla bərabər çox yemək gətirir. Neqativ emosiyalara köklənən qadın daha çox şirniyyat tələb edir və daxili stresini çox yeməklə ört-basdır edir. Nəticədə piylənmə qaçılmazdır. Əgər kişi qadının fiqurasının dəyişdiyini üzünə deyirsə, bu onu daha da çıxılmaz duruma salacaq.

4.Çox sevmək də səbəbdir

Qarşı tərəfə aşiqliq, vurğunluq, çox sevmək də artıq çəki gətirir. Bunu alimlər bildirir. Araşdırmalar göstərib ki, nikahda xoşbəxt olduqca iştah da artır, çünki artıq insanda əminlik və təhlükəsizlik hissi artır. Hər şey yaxşıdırsa, deməli, yemək olar.

5.Hormonlar dəyişir

Qadınlarda ərə getdikdən sonra hormonal müharibə başlayır: gah kritik günlər, gah hamiləlik, gah südvermə, gah qorunma. Bunlar hamısı çəkini artıra bilir. Üstəlik bəzi hormonal preparatlar onların qızlıq görünüşünü dəyişir. Kişilər də uşaq doğulduqdan sonra kökəlməyə doğru gedir. Uşağın qayğıları, gələcəyi və məsuliyyəti gənc atanı daha çox yeyərək bu hisslərin öhdəsindən gəlməyə sövq edir.

6.Qucaqlaşıb yatmaq

Bunu da elmi tədqiqatlar göstərib ki, birlikdə qucaqlaşıb yatan zamanı yuxuda kökəlmə proqramı işə salınır. Digər bir fakt isə əri xoruldayan qadınların gecə yuxusu pozulur, onlarda gecə stres hormonu sintez olur, bu da kökəlməyə səbəb olur.

Çıxış yolu: qidalanma rejimini qaydaya salmaq vəzifəsini qadın üzərinə götürür. Mütləq tərəzi alınıb, evdə çəki nəzarətdə saxlanılır.

Müntəzəm seks, birgə idman, parkda qaçış və axşam gəzintisi kaloriləri yandırmağa kömək edir

Ailə və Uşaq     Baxılıb: 2678   Tarix: 17 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

sac duzumleri yemek reseptleri yay kolleksiyasi tərəvəzlər qidalandirici maskalar dərslər bilinçik resepti kosmetika vetene aid atalar sozu veten balıq heyati rus dili 2ci ders