Evləri sənədsiz olanlara ŞAD XƏBƏR
Azərbaycanda sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq.
Qadinsayti.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Komitə sədri bildirib ki, Prezidentin fərmanına uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir:
"Elə evlər var ki, neft torpaqlarında tikilib. Belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikiliməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Azərbaycan Prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir".
Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarış (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir