Evli qadını əri tutdu, qardaşına şikayət etdi: "Hər şeyi danış..." – Dəhşət

Evli qadını əri tutdu, qardaşına şikayət etdi: "Hər şeyi danış..." – DəhşətSumqayıt şəhərində bacısını öldürməkdə təqsirli bilinən İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, 6 oktyabr 2016-cı il tarixdə Murad Soltanov Pərviz Şahbazova bacısı Zümrüd Soltanovanın gizli saxladığı telefonla İmişli rayonunda yaşayan Ramin Əliyevlə telefonda danışarkən gördüyü barədə şikayət edib.

Qardaşı gəlincə evi tərk etdi

Bundan sonra Pərviz Şahbazov Zümrüd Soltanova ilə görüşmək üçün əmisi İrizvan Şahbazovla birlikdə Sumqayıt şəhərindən çıxıb və onun yaşadığı İmişli rayonuna gəlib.

Lakin o, həmin evə çatanadək Zümrüd Soltanova qardaşı tərəfindən cəzalanacağını düşünüb və evdən qaçıb. O, oktyabrın 6-dan 10-dək tanışı Samir Abdullayevin ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda qalıb.

Oktyabrın 10-da Pərviz Şahbazov Zümrüd Soltanova ilə telefonda danışıb, yanlış hərəkətə görə onu bağışlayacağını və cəzalandırmayacağına vəd verib. Zümrüd Soltanovanı yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi, Qurd Dərəsi massivində yerləşən evinə gəlməsinə razı salıb.

Qurd Dərəsində söhbət

Zümrüd Soltanova qardaşının yaşadığı evə gəlib. Pərviz Şahbazov ona anası Salatın Şahbazova, əmiləri İrizvan Şahbazov, Eldar Şahbazov və bibisi Əhlinaz Məmmədovanın yanında telefonu necə əldə etməsi, kiminlə danışması, evdə olmadığı 4 gündə harada qalması və evdən qaçmasının səbəbi barədə suallar verib.

Zümrüd qardaşının suallarını qeyri-səmimi cavablandırıb. Bu cavablardan razı qalmayan Pərviz bacısının ailə adına ləkə gətirdiyini düşünərək onu öldürmək qərarına gəlib.

Həmin vaxt evdə qohumlar olduğu üçün daha əlverişli şəraitin yaranmasını gözləyib.

Qohumlar gecə evlərinə dağılışıb. Pərviz bundan sonra cinayət əməlini törətmək qərarına gəlib.

Pərviz Şahbazov oktyabrın 11-də, səhər saat 6 radələrində yaşadığı evdə Zümrüd Soltanova ilə birlikdə yatdığı otaqda yuxudan oyanaraq mətbəx otağına keçib. Mətbəxdən bıçaq götürən yenidən həmin otağa qayıdıb.

Anasını necə aldatdı?

Pərviz Şahbazov Zümrüdü öldürəndə onlarla bir otaqda yatan, yenicə yuxudan oyanmış anası Salatın Şahbazovanın görməməsi üçün ona həyətdə su kranını bağlamağı tapşırıb. Daha sonra anasının evdən çıxmasını gözləyib.

Salatın Şahbazova evdən çıxdıqdan sonra qapını arxadan bağlayan Pərviz Zümrüd Soltanovanın yatdığı otağa qayıdıb. O, bacısının üzərində olan yorğanı kənara çəkib və əlindəki bıçaqla qarın nahiyəsinə zərbə vurub.

Lakin bıçaq tiyəsindən qırıldığından xəsarət yetirə bilməyib. Həmin zərbədən ayılan Zümrüd Soltanova qalxmağa cəhd göstərib.

Əvvəl boğdu, sonra başını kəsdi

Bundan sonra Pərviz əlləri ilə Zümrüdün boğazından tutaraq boğub. Qadının halsız vəziyyətdə olduğunu görəndə onu buraxıb. Nəbzini yoxladıqda ölmədiyinə əmin olub, mətbəxə gedərək başqa bir bıçaq götürüb və yenidən həmin yataq otağına qayıdıb. O, bacısının başını kəsərək öldürüb.

İstintaq orqanı tərəfindən Pərviz Şahbazovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

"Onu yatılı vəziyyətə öldürmək istəyirdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz Şahbazov bildirib ki, oktyabrın 11-də mətbəxdən götürdüyü bıçaqla Zümrüdün yatdığı otağa daxil olub: "Otaq qaranlıq idi. Zümrüdə yaxınlaşdım və üzərində olan yorğanı kənara çəkdim. Əlimdəki bıçağı onun qarın nahiyəsindən vurdum. Onu yatılı vəziyyətə öldürmək istəyirdim. Amma bıçaq dəydiyi an tiyəsinin sındığını hiss etdim. Həmin vaxt Zümrüd yuxudan ayıldı və səksənmiş halda nə baş verdiyini öyrənməyə çalışdı".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman əlləri ilə Zümrüdün boğazından tutub və üstünə çıxaraq var gücü ilə boğmağa başlayıb: "Əvvəl çapalayaraq müqavimət göstərdiyi üçün Zümrüdə yumruqla zərbələr vurmağa başladım. Lakin bir az sonra Zümrüd sakitləşdi. Təxminən 1 dəqiqəyə yaxın əlimlə boğazından tutdum, onu boğdum. Boğandan sonra Zümrüd huşunu itirdi. Onun ölüb-ölmədiyini yoxlamaq üçün nəbzini tutdum, nəbzi döyünürdü".

Pərviz Şahbazov qeyd edib ki, Zümrüd Sltanovanın ölməsinə tam əmin olmaq üçün boğazını kəsmək qərarına gəlib: "Mətbəxə keçərək siyirtmədən bıçağı götürdüm. Həmin bıçağın tiyəsi möhkəm deyildi və təzyiq göstərdikdə əyilirdi, buna görə çanağın içində olan bıçağı da götürdüm. Həmin bıçağın ucu sınmışdı, lakin o birisindən nisbətən böyük və möhkəm idi. Hər iki bıçağı götürərək Zümrüdün yanına geri döndüm. Zümrüd hələ də hərəkətsiz vəziyyətdə uzanmışdı. Onun başına bıçaq çəkdim.

Sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək adam öldürdüyümü bildirdim".

"Başa düşdüm ki, oğlum qızımı öldürəcək"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası Salatın Şahbazova bildirib ki, həmin axşam evdə özü, Pərviz və Zümrüd olublar: "Gecəyarısı yatağa girdim. Pərvizlə Zümrüd eyni otaqda yatırdılar. Həmin gecə Zümrüd evə gəldiyi paltarda birlikdə yatmışdı. Səhər saatlarında Pərviz məni səsləyərək yuxudan oyatdı və həyətdə su kranının açıq olduğunu, suyu bağlamağımı xahiş etdi. Çölə çıxanda Pərviz arxadan evin giriş qapısını bağladı. Başa düşdüm ki, oğlum qızımı öldürəcək. Səs salaraq Pərvizdən Zümrüdü öldürməməsini xahiş etdim. Lakin qapını açmadı".

"Məni evə girməyə qoymadılar"

Salatın Şahbazova daha sonra ifadəsində baş verən olayı belə danışıb: "Bir az sonra oğlum qapını açdı, özü çölə çıxandan sonra arxdan qapını açarla bağladı, artıq hər şeyin gec olduğunu bildirdi. Başa düşdüm ki, Pərviz Zümrüdü öldürüb.

Bir az sonra qonşular və polis əməkdaşları gəldilər, məni evə girməyə qoymadılar. Sonra Zümrüdün meyiti müayinə olunması üçün morqa aparıldı".

Onu da xatırladaq ki, qətl hadisəsi baş verəməmişdən bir neçə ay əvvəl Pərviz Şahbazov nişanlanıb. Ailə onun toy məclisinə hazırlaşırmış, hadisə baş verməsəydi, bir qədər sonra onun toyu olacaqmış. Amma baş verən hadisələr onu bəylik kürsüsünə yox, müttəhimlər kürsüsünə apardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2016-cı il tarixdən hesablanıb.

Prokuror da, təqsirləndirilən şəxs də narazı qaldı

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının 20 ilə qədər artırılmasını istəyib.

Təqsirləndirilən şəxs də apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya protesti və şikayətini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunub. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib və onun cəzası 11 ilə endirilib. Prokurorun apelyasiya protesti təmin olunmayıb.

Bu qərardan həm prokuror, həm də təqsirləndirilən şəxs narazı qalıb. Prokuror eyni tələblə kasasiya protesti verib. Təqsirləndirilən şəxs də kasasiya şikayəti verərək, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.

Ali Məhkəmə cəzadan 6 ay çıxdı

Tərəflərin şikayətlərinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti sonda təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib.

Onun cəzasından 6 ay çıxılıb və üzərində qəti olaraq 10 il 6 ay cəza saxlanılıb.

Prokurorun protesti isə Ali Məhkəmə tərəfindən də təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1526   Tarix: 27 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi

Biokimyaçı Cessi İnçauspe gün ərzində zehni aydınlıq və psixi rahatlığı təmin edən ideal səhər yeməyinin sirlərini açıqlayıb. Milli. -a istinadən xəbər verir ki, Cessi İnçauspe bu barədə Kolumbiyanın "El Tiempo"

.

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər

Tozsoran evdə təmizliyi qorumağa kömək etsə də, ona düzgün qulluq edilmədikdə sağlamlıq üçün risk yarada bilər. xəbər verir ki, rusiyalı infeksionist həkim Mariyat Muxinanın sözlərinə görə, vaxtında təmizlənməyən və həddində

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Qida allergiyası necə özünü göstərir? - Həkim açıqladı

Adi görünən qidalar bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə qida allergiyası olan şəxslər ehtiyatlı olmalı və ilk əlamətlər zamanı həkimə müraciət etməlidirlər. xəbər verir ki, plazmaferez, ozonoterapiy

.

Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir

"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə bilər". xəbər verir ki, bu barədə terapevt Anna Furqal TASS-a açıqlamasında səhərlər geniş yayılmış bu vərdişin sağlamlığa mənfi təsir göstərə biləcəyin

.

Gözümüzü günəş şüasından necə QORUYAQ?

Yay aylarında günəş şüalarının təsiri artdıqca göz sağlamlığının qorunması daha da vacib olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət güclü günəş işığına məruz qalmaq gözlərdə müxtəlif problemlərin yaranmasın

.

Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar

Buz tətbiqi digər adı ilə kriyoterapiya, sağlamlıq və ya reabilitasiya məqsədilə soyuq kompres, buz masajı və ya üz vannası vasitəsilə həyata keçirilən soyuq müalicə üsuludur. Bu prosedur adətən nazik bir parçaya bükülmü

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

turlar.az

sade makiyaj sekilleri gözəllik məhsulları maskalar fikrət əmirov ev dizaynlari qonaq otagi ayaqqabı modelləri sidik yolu infeksiyalari kosmetika rus dilini oyrenek 2ci ders toy gecesi efsane şəkərbura azerb clpaq qadinlari