Evlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAR

Rusiyada keçirilən "Gəl evlənək" şousunun iştirakçılarının qəribə sürprizləri izləyicilərinə bəllidir. Lakin bu barədə bilməyənlər də az deyil.
Qadınsaytı.az şou iştirakçılarının unudulmayan sürprizlərini təqdim edir:
Bu proqramda iştirakçılar ailə qurmaq istədikləri şəxs üçün müxtəlif sürprizlər hazırlayır, mahnı oxuyur, şeir deyir, rəqs edir, habelə foks göstərənlər də olur. Hətta bu verilişdə yaşananları bəzən film, yaxud serial çəkilişinə bənzədənlər də var.
Hamı şokda

Əgər bir qıza təsir etmək istəyirsinizsə, ona özünü şahzadə kimi hiss etdirməlisiniz. Bu məntiqi əsas tutan veriliş iştirakçılarından Roland xoşuna gələn qızın əlindən tutub səhnəyə dəvət edir və ona qədim Yunan əfsanəsini danışır, qıza onun indi bir şahzadə olduğunu deyir və sonda dəfnə çələngini onun başına qoyur. Lakin onun sözləri qıza təsir etmir. Rolandın bu sözlərindən təsirlənən başqa bir qız səhnəyə çıxır. Bu dəfə Roland səhnəciyi yenidən təkrarlayır və eyni sözləri ona deyir. Rolandın sevgilisi isə kənardan qısqanc baxışları ilə onları izləyir. Qəfildən izləyicilərin, heç sevgilisinin də gözləmədiyi hadisə baş verir və qız Rolandı öpür.
Qoyunlar studiyada

Dörd il əvvəl studiyaya bir qız gəldi. Xenia adlı qız indi çilingər işləsə də, uşaq bağçasında müəllimə işləyib, onun ən böyük istəyi isə dəfn mərasimləri təşkili agentliyində işləməkdir. Onun qəlbini fəth etmək üçün öz təsərrüfatını quran, ixtisasca inşaatçı olan Ayrat Ulyanovski vilayətindən verilişə gəlib. Ancaq tək gəlməyib, özünün 3 qoyununu da studiyaya gətirib. Bu isə təkcə tamaşaçılar üçün böyük sürpriz olub. Əlbəttə, ən çox təəccüblənən qızın anasıdır.
Bu verilişdə daha nələr yaşanmayıb

Heç bir proqramda nə kişilər, nə qadınlar, nə də tamaşaçılar üçün belə bir striptiz görülüb. Ən yaddaqalan rəqs isə "Şöhrət dəqiqəsi" verilişdə olmuşdu ki, iştirakçı münsiflərin qarşısında stolun üstünə çıxıb rəqs etmişdi. Bu dəfə isə "Gəl evlənək" verilişində Valeri Meladze mini ətəyi və açıq rəqsi ilə studiyadakılara sürpriz təşkil etdi. Onu rəqsi isə iştirakçılar tərəfindən birmənalı qarşılanmadı.
Qəşəng küknar

Məhz gəlinin sürprizindən sonra oğlanı belə çağırırdılar. Belə ki, Bella və Roman yeni il öncəsi proqramda iştirak edərkən küknar ağacı bəzəmək barədə qərar veriblər. Amma bu qərarın təəccüblü tərəfi qızın küknar ağacı əvəzinə oğlanı bəzəməyi təklif etməsidir. Bella rəfiqələrinin köməkliyi ilə oğlanı bəzəyib. Əvvəlcə ona yaşıl parçadan örtük geyindirib, sonra da oyuncaqlarla bəzəyib.
Portağalla masaj

50 yaşlı Arkadinin arzusu sarışın qadınla ailə qurmaq olub. Onunla evlənmək üçün gələn ilk namizəd isə bütün kriteriyalarına uyğun idi. Belə ki, Yulia adlı xanım həm sarışın idi, həm də fitnes klubunda işləyirdi. Sarışın xanımın sürprizi isə isti portağal ilə Arkadini masaj etmək oldu.
İtalyan ailəsi

Roman isə sevdiyi Natalya üçün İtalyan ailə münasibətlərinin təsvir edildiyi səhnəcik hazırladı. Əvvəlcə o Nataliyaya komplimentlər dedi. Birdən-birə isə sanki əsəbiləşib və qabları sındırmağa başladı. Buna əsəbiləşən Natali oyunda iştirakdan imtina etdi. Bu zaman Roman simvolik olaraq qəlbini çıxarıb Nataliyə verdi. Qız onu bağışladı.
Belə axmaqlıq görülməyib

Yəqin ki, onlar "Xanım və Avara" cizgi filminin qəhrəmanlarından ilhamlanıb bu addımı atıblar. Axı orada da bir makaron çubuğunu iki nəfər eyni anda yeyir. Oxşar hadisəni Andrey və Yana proqramda reallaşdırmaq qərarına gəlib. Qızın gözü bağlanır və studiyaya sosiska, banan və çuxçela gətirilir. Qız gözü bağlı onlardan birini seçir. Yananın bəxtinə çuxçela düşür. Bu çətinliklə çeynənən qidanı Yana gözü bağlı formada Andreylə birlikdə yeyir. Gözü bağlı olmaqla yanaşı onların əli də qidaya dəyməməlidir. Studiyadakılar bunu ən axmaq sürpriz adlandırırlar.
Publika.az
Evlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAREvlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAREvlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAREvlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAREvlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAREvlilik proqramının hər kəsi ŞOK edən GİZLİNLƏRİ: Kişilərlə qızlar BUNU EDİR - FOTOLAR

Xəbərlər     Baxılıb: 2380   Tarix: 23 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim şəkilləri kosmetik vasiteler gelinlikler goz altı qırışlar gecəliklər salatlarin hazirlanmasi bezedilmesi hicablar kosmetika xərçəng bürcü maska arıqla cantalar prostat