Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARErmənistanın müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryanla bağlı yeni qalmaqal yaşanır. Ermənistan Hərbi Həkimlər Assosiasiyasının sədri olan R.Xaçatryan dövlət əmlakını mənimsəməkdə, habelə məşuqu olmuş gəncin qətlini sifariş verməkdə suçlanır.

Onu "nazirin oğru, kinli və qatil arvadı" adlandırırlar.

"Hrapark" yazır ki, qəddarlığı və ən başlıcası, Müdafiə Nazirliyinin büdcəsini öz cibi sayması ilə ad çıxarmış Seyran Ohanyanın xanımı dəbdəbəli həyat düşkünüdür. Onun bahalı çantaları, xəz kürkləri, parfümü üçün xərclədiyi pullar Ermənistan Hərbi Həkimlər Assosiasiyasına ayrılan pullardan sərf olunur. Üstəlik, Müdafiə Nazirliyinin pulları da bu erməni qadının "şıltaqlıqlar"ına xərclənir və nazirlikdə kimsə Ohanyanın qorxusundan səsini çıxara bilmir.

O da vurğulanır ki, Ruzanna Xaçatryan sabiq məşuqu, iş adamı Amayak Hovanesyanın 26 yaşlı oğlu Vazgenin qətlinin sifarişçisidir. Vazgenlə arasındakı "aşiq-məşuqluq" münasibətlərindən ərinin, Ermənistanın müdafiə nazirinin xəbər tutmasından sonra R.Xaçatryan V.Hovanesyanın öldürülməsini tapşırıb.

Həmin gənc çox müəmmalı şəkildə "intihar edib", özünü 7-ci mərtəbədəki mənzilin eyvanından aşağı atıb.

Daha sonra Ruzanna Xaçatryan Yerevanın mərkəzi küçələrindən birində idarə etdiyi maşınla adam vurub. Həmin şəxsin ölümünü onlarla insan görsələr də, işə S.Ohanyanın qarışmasından sonra cinayət işi bağlanıb.

Biabırçılıq o həddə çatıb ki, Ruzanna Xaçatryanın "havadar"larından biri, "Şmays" ləqəbli millət vəkili, iqtidardakı Ermənistan Respublikaçılar Partiyasından olan Arakel Movsisyan "Haykayan Jamanak" qəzetinin redaksiyasına yollanaraq jurnalistləri döyüb.

O, redaksiyadan çıxanda jurnalistlərin suallarını da cavablamaqdan çəkinməyib: "Bu əclafların dərsini verdim. Əslində, günahkar onlar yox, bu çaqqalların atalarıdır. Allah eləməsin ki, o adamlar əlimə keçsinlər. And olsun ki, əlimə keçsələr, onları zorlayacam, sonra da başlarını kəsəcəyəm".

Döyülən jurnalistlər polisə müraciət edəndə Ruzanna Xaçatryan "Hrapark", "Aravot" və "Haykakan Jamanak" qəzetlərini məhkəməyə verərək, onları şər, böhtan atmaqda, əsassız və yalan məlumatlar yaymaqda suçlayıb.

Maraqlısı odur ki, Ruzanna Xaçatryanın "huquqlarının müdafiəsi" ilə Ermənistanın ən böyük hüquq şirkətlərindən biri, Qrikor Minasyana məxsus olan vəkil bürosu məşğuldur.
Qrikor Minasyan Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Bu arada asekose.am bildirir ki, Ruzanna Xaçatryan Fransanı özünə ikinci vətən hesab edir.

"Yerevandakı 48 nömrəli fransız təmayüllü məktəbdə təhsil aldışam. Tibb təhsili də fransız tibb elminə borcluyam. Üstəlik, ərimlə də 2003-cü ildə Fransanın Ermənistandakı səfirliyində tanış olmuşam", - Ruzanna Xaçatran deyib.

Halbuki, gerçək belə deyil.

Əxlaqsızlığı ilə Yerevandakı Tibb Universitetində ad çıxarmış Ruzanna Xaçatryan "pullu sponsor"lara "xidmət"i ilə tanınırdı.

12 il əvvəl, 2003-cü ildə Seyran Ohanyanın dostlarından biri Ruzannanı bir gecəlik əyləncə üçün S.Ohanyanın yanına gətirir. İş elə gətirir S.Ohanyan Ruzannaya vurulur. Deyilənə görə, Ruzannanı onun yanına gətirən Seyranın dostu bu günə kimi onu bağışlamayıb. Onların sevgisini o vaxt Yerevan Onkologiya Mərkəzinin baş həkimi olmuş Aleksan Aleksanyan və Qastik "təmin edib"lər.

Hal-hazırda Aleksana bu "xidmət"lərinə görə general rütbəsi verilib.

Qastik isə Müdafiə Nazirliyində satışlar üzrə şöbənin rəisi, arvadı isə aparat katibinin müavinidir.

S.Ohanya 2003-2004-cü illərdə Dağlıq Qarabağda "müdafiə naziri" olanda Ruzanna Xaçatryan tez-tez Xankəndinə yollanır, Ohanyanın evində qalırdı.

Ruzanna ilə evləndikdən sonra isə 2008-ci ildə S.Ohanyan Dağlıq Qarabağdan Ermənistana müdafiə naziri təyini çıxdıqdan sonra İrəvana gəlir.

Ruzanna Xaçatryanın sabiq sevgililərindən biri, Şangavitdəki "Şen Holdinq" adlı gisp zavodunun sahibinin oğlu da "sevgisi"nin qurbanı olub. Eyş-işrət gecəsindən sonra evə qayıdan Ruzanna sevgilisinin maşınında olub. O, Yerevanın Nor-Zeytun səmtinə çatanda Range Rover avtomobilinin sükanı arxasına oturmaq, maşını sürmək istəyib.

Sevgilisi Ruzannanın sözünü yerə salmayıb. R.Xaçartyan sükan arxasında olanda qəza törədib, maşın divara çırpılıb. Qəzada onun sevgilisi həlak olub.

Və həmişəki kimi, rəsmi versiyaya görə, günah öləndə olub. Seyran Ohanyan Yerevanın Vahaaqni səmtində üçmərtəbəli, superlüks villası var.

Arvadına Yerevanda və Parisdə klinikalar açmış Ohanyan "sevimli Ruzanna" üçün Müdafiə Nazirliyinin balansında olan 2 Mercedes avtomobilini də ayırıb. Ruzanna Xaçatryan S.Ohanyanın birinci arvadına da nifrət edir.

Seyran Ohanyan Dağlıq Qarabağda olanda onun arvadı "Yehova şahidləri" təriqətinə qoşulmuşdu. Ohanyan nə qədər çalışsa da, arvadını bu təriqətdən ayıra bilməyib.

Hər gün evdə dava -dalaş olub və Ruzanna ilə "eşq"dən xəbər tutan qadın Ohanyanla daha çox dalaşırmış. Seyran Ohanyan da həmin dövrlər evə getmir, oteldə Ruzanna ilə gecələyirdi.

Ermənistanın Müdafiə Nazirliyində elə bir vəziyyət yaranıb ki, Ruzanna Xaçatryan artıq hərbi hissə komandirlərinin təyinatına da qarışır. Erməni zabitlər R.Xaçatryana nifrət edir, onu "yubkalı general, paqonluları idarə edən paqonsuz küçə qadını" da adlandırırlar.

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR

Xəbərlər     Baxılıb: 3100   Tarix: 08 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

həkim məsləhəti geyim necə seçməli kosmetika mehsullari çanta ayaqqabı uşaq xəstəlikləri aciq zedelenmeler yaralar paxla cigirtmasi kosmetika pomidor toy gecesi qoğalın nağlı tut ağacı tutdudu ariqla