Əyripəncəlik nədir və uşaqlarda bu problem necə aradan qaldırılır?

Əyripəncəlik nədir və uşaqlarda bu problem necə aradan qaldırılır?Körpələrdə rast gəlinən ortopedik problemlərdən biri də əyripəncəlikdir. Mütəxəssislər hesab edir ki, bu problem sonradan fəsadların yaranmaması üçün uşaq doğulandan sonrakı qısa müddətdə aradan qaldırılmalıdır.
Ortoped-travmatoloq, uzman həkim Rəşad Zeynalov bildirib ki, əyripəncəlik ən çox rastlanan anadangəlmə əzələ-sümük sistemi patologiyalarından biridir. Bu halda topuq və ayaq barmaqları aşağı və içə dönmüş vəziyyətdə olur. Baldır və ayaq normadan qısa olur. Əyripəncəlikdə ağrı olmur və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə sonrası uşaq tam normal həyata dönə bilir.
Həkimin sözlərinə görə, bu hala hər 1000 doğuşdan birində rastlanır. Hər 3 xəstədən birində patologiya iki tərəfli görülür. Hər 3 nəfərdən ikisi oğlan uşaqlarıdır. Valideynlərdən birində bu patologiya varsa, uşaqda görülmə ehtimalı 3-4%-dir. Valideynlərin hər ikisində olubsa uşaqda olma ehtimalı 30%-ə qədər yüksəlir.
Diaqnoz müayinə zamanı qoyulur. Ana bətnində ikən 16 həftəlikdən sonra ultrasəs müayinəsi yardımı ilə bu patologiya hamiləlik zamanı da müəyyən edilə bilər. Bu patologiya ilə yanaşı uşaqda bud-çanaq oynağı displaziyası və əyriboyunluq rastlana bilər. Bu patologiyalar da diqqətlə yoxlanılmalıdır.
Onun sözlərinə görə, bu patologiyanın müalicəsində ən yayılmış və effektiv metod "Ponseti gipsləmə" metodudur. Müalicə doğuşdan 1 həftə sonra başlanır.  Məqsəd ağrısız, funksional və düzgün ayaq əldə etməkdir. Həkim yavaşca və tədricən ayağı gərməklə düzəldir və bu vəziyyəti gips qoyaraq  qoruyur. Hər həftə bu şəkildə ayaq tədricən düzəldilərək gipsə qoyulur. Bu prosedura ortalama 6-8 gipslə sonlanır. Əyriliyin dərəcəsi və sərtliyindən asılı olaraq daha çox və ya daha az gips qoymaq lazım gələ bilər. Ən son gips öncəsi axil vətəri uzadılır. Bu prosedura əməliyyatxanada sedasiya altında dəridə yarım santimetrlik kəsik aparılaraq icra olunur və axil vətəri uzadılır. Ardından ayaq maksimum düzəldilmiş vəziyyətdə gipsə qoyulur. Son gips 2 həftə qaldıqdan sonra çıxarılır və ayaqlar  Dennis-Brown şinasına qoyulur. Bu şina 24 saat uşağın ayağına taxılı vəziyyətdə olur. Sadəcə bir neçə dəfə havalandırmaq və hərəkət üçün çıxarılır. İlk 3 ay hər şey qaydasında davam etdikdə, daha sonra şina gündüzlər və gecələr körpə yatarkən taxılır. Dennis- Brown şinası uşaq 3-4 yaşına gələnə qədər taxılır. Bu şina taxılmadıqda ayaq yenidən əyilə bilər. Bundan əlavə uşaqlar 7-8 yaşına qədər illik kontrola çağrılmalıdır. Ponseti metodu xəstə 3-4 yaşına qədər olduqda, digər metodlar fayda vermədikdə və deformasiya təkrarlandıqda və ya yumşaq toxuma əməliyyatından öncə tətbiq edilə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2532   Tarix: 24 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetik vasiteler hamilelikde qidalanma geyim və ayaqqabılar sufle hazirlanmasi hind geyimləri cinsi isteksizlik imtahan həyəcanı kosmetika oglan evi qizliq perdesi rus dilini oyrenek 2ci ders fitat banan