Əzilmiş sarımsaq daha faydalıdır
Yeni araşdırmalar sübut edib ki, doğranmış, əzilmiş sarımsaq daha güclüdür.
Sarımsağı əzib və ya doğrayıb 10 dəqiqə gözləyib sonra istehlak etmək olduqca faydalıdır.
Çünki sarımsağın dişlərini əzərkən allisin istehsal edilir və faydalı birləşmələr əmələ gəlir.
Allisin güclü antibakterial maddədir və qana daxil olduqda ağciyərləri, mədəyi və dərini dezinfeksiya edir.
Qeyd edək ki, xalq təbabətində sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir. Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq yeyirlər. Sarımsaqdan çəkilmiş spirtdən xroniki mədə katarı, mədənin həzm etmə zəifliyi, qarın köpü zamanı, eləcə də xroniki amyoblu ishalı müalicə etmək üçün istifadə olunur. Bundan başqa, sarımsaq yoğun bağırsaq xəstəliyi zamanı da işlədilir. Sarımsaq suyu şəkərli diabet xəstələrinə də çox faydalıdır. Zaqatala rayonunda qabığı soyulmuş "sarımsaq bəhməzi" bişirilir. Həmin bəhməz hipertoniya xəstəliyinə tutulmuş adam üçün ən yaxşı müalicə vasitəsidir.
Sevinc Hüseynova
Saglamolun.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir