Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "Bu yaxınlarda onu gördüm..." - VİDEO

Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "Bu yaxınlarda onu gördüm..." - VİDEOXalq artisti Faiq Ağayev "Əyrixətt" adlı "Youtube" layihəsinin qonağı olub. "Qafqazinfo" xəbər verir ki, məşhur müğənni proqramda maraqlı məqamlar barədə fikir söyləyib. Sənətçi 9 il əvvəl onu bıçaqlayan Rüfət Məlikovun azadlığa çıxmasına münasibət bildirib:

"Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

Xalq artisti keçmiş rektor Abel Məhərrəmovla yaşadığı qalmaqala da aydınlıq gətirib: "İki dəfə yaşadığım ərazi üzrə deputat seçilib və heç vaxt səs verməmişəm. O namizədə görə seçkilərdə iştirak etməmişəm. Bu yaxınlarda Abel müəllimin alkoqol qalmaqalında iştirak etməsi məni hiddətləndirdi. Bir çoxları dedi ki, yıxılanı baltalayır. Daha demədilər ki, bu insanla 10 ildər artıqdır ki, mübarizə aparıram. Mən BDU-dan gələn bütün təklifləri rədd edirdim, tələbələrdən üzr istəyib onlara söyləyirdim ki, A. Məhərrəmov rektor olduğu halda universitetə gəlməyəcəm. Mən onu Azərbaycan təhsilinə yararsız biri hesab edirəm. Alkoqol qalmaqalından sonra onu ləkə adlandırdım. İki dəfə seçkilərdə iştirak etməmişəm, bu mənim səssiz etirazım olub".

F. Ağayev xalq artisti Flora Kərimovanın onu "gey", qaşını alan biri kimi qələmə verməsinə münasibət bildirib: "Bu köhnə üsuldur. Aşığın sözü qurtaradan "dalay-dalay" deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur.

Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud "qızını döyməyən dizini döyər " kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib".

Xəbərlər     Baxılıb: 1628   Tarix: 15 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

sade makiyaj sekilleri gelinlikler toy makiyajlari praktik reseptler qadin dunyasi kulinariya şəfalı otlar kosmetika xerceng ariqlamaq bürcler qadin.az gunay