Faiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdi

Faiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdiXalq artistləri Brilliant Dadaşova və Faiq Ağayev arasında uzun illərdir davam edən qalmaqal yenidən alovlanıb.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəlcə "Popumuz var" yutub layihəsində qonaq olan F. Ağayev aparıcı Murad Arifin "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti?" sualına belə cavab verib: "Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq".
Bundan sonra M. Arif Ağayevdən parlament seçkilərinə qatılmama səbəbini soruşub. Murad Xalq artistini dürüst, doğru və məntiqli yol göstərən kimi təqdim edib. Bu fikirlər B.Dadaşovanı daha çox qıcıqlandırıb və M. Arifin instaqramdakı sözügedən paylaşımına münasibət bildirərək, Xalq artistinin ünvanına ağır fikirlər yazıb.
"Dürüst və doğru? (gülür) ... Özünü videoya çəkən, bunu da nədənsə onunla əlaqəsi olmayan Brilliantın boynuna atan dürüst! Canım Murad, dürüstlük dünyadakı haqqını halal etməz, günahdır",- deyə Dadaşova qeyd edib.
Xanım sənətçi daha sonra növbəti rəyini yazaraq M. Arifi də tənqid edib: "Murad, parlamentdə vaxtı ilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə dürüstlük gözləyənlərin ümidlərini qırma. Xalq doğrudanmı cılızlaşdırılır? Allah xalqa kömək olsun!".
Brilliant Dadaşova daha sonra F. Ağayevin ona böhtan atdığını iddia edib: "Acıq vermək üçün şəxsən özünün çəkdiyi videonu ortaya çıxardı. Amma nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üstümə atdı? Hələ də bu, sual altındadır. Bu dünyada və mütləq məhşərdə böhtanın cəzası çox ağırdır".
Faiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdiFaiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdiFaiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdi/open.az

Şou Biznes     Baxılıb: 2184   Tarix: 20 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

turlar.az

yay kolleksiyasi qis geyimləri 2026 geymler 2026 içkilər hamiləlikdə axıntı dibcekler toy paltarlari 2026 kosmetika rus dilini öyrənək haxista vətənə aid bayatı kokelmek vetene aid atalar sozleri