Faydalı məhsulların bilmədiyiniz ZİYANLARI

Faydalı məhsulların bilmədiyiniz ZİYANLARIBir çox faydalı məhsullar var ki, bu məhsullardan düzgün istifadə olunmadıqda onlar orqanizmə ziyan vura bilər.
Saglamolun.az sizə bəzi belə məhsulları təqdim edir.
Bal. Ən faydalı və müalicəvi məhsullardan olan bal qızdırıldıqda (məsələn, isti suya saldıqda) orqanizmə çox ziyanlı, hətta kanserogen (xərçəng əmələ gətirən) təsir edə bilər. Araşdırmalar göstərir ki, qızdırılma zamanı balda ziyanlı "oksimetilfurfurol" adlı maddə əmələ gəlir ki, bu maddə orqanizmə toplanmaq və orqanizmi zəhərləmək xüsusiyyətlərə malikdir.
Çay. Müxtəlif bioloji aktiv maddələrlə zəngin olan çayın bir çox xəstəliklərin qarşısını almaq xüsusiyyəti var. Çay ürək-damar sisteminə müsbət təsir edir, xərçəngdən qoruyur, orqanizmin tonusunu qaldırır.
Lakin çoxlu miqdarda istehlak etdikdə çay qanda hemoqlobinin səviyyəsini azaldır. Məsələ burasındadır ki, çay dəmirin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir. Bu səbəbdən çayı ət xörəklərindən dərhal sonra içmək olmaz.
Ədviyyatlar. Bütün ədviyyatlar çox yüksək mikrob, viris və göbələk əleyhinə təsirə malikdir, bir çox ciddi xəstəliklərin və o cümlədən xərçəngin inkişafının riskini azaldır, immun sistemini stimullaşdırır və s. Lakin ədviyyatları yalnız az miqdarda istifadə etmək lazımdır. Əks halda onlar orqanizmə güclü toksini təsir edə bilər.
Süd məhsulları. Bu məhsulların faydası danılmazdır. Ancaq ət xörəkləri ilə birlikdə (məsələn, dolma qatıqla) bu məhsulları istehlak etmək olmaz ki, bu halda ətdə olan dəmirin orqanizm tərəfindən mənimsənilməsi xeyli azalır.
Düyü. Düyünün orqanizmi təmizləmək, cavanlaşdırmaq kimi çox faydalı xüsusiyyətləri var. Lakin istənilən digər məhsullarla müqayisədə düyüdə güclü zəhər sayılan arsenin miqdarı 10 dəfə çoxdur. Bu maddə düyüyə yetişdirilmə zamanı torpaqdan və sudan düşür. Arsen orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.
Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və bişirdikdən əvvəl axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı 80%-ə qədər azalır.

Sağlamlıq     Baxılıb: 2246   Tarix: 23 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

adlarin menasi kosmetika mehsullari reseptler kesmikli banan buga burcu səfər duası böyürtkənin faydaları kosmetika veten haqqinda atalar sozu sekis novruz bayramina aid hakista nagillar sağlamlığa aid atalar sözləri