Fəridə ilə "rus ruleti" oynadı, başından vuruldu - Məmurun FACİƏVİ SONU - FOTO

Fəridə ilə "rus ruleti" oynadı, başından vuruldu - Məmurun FACİƏVİ SONU - FOTOTürkiyədə 2016-cı ilin iyul ayından etibarən işləməyə başlayan polis məmuru Ramazan Özçelik 25 yaşlı sevgilisi Fəridə Bayramovanın evində ölü tapılıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Ramazan ötən həftə özbəkistanlı sevgilisinin İstanbul Beylikdüzündəki evində başından vurularaq öldürülüb.

Hadisənin təfərrüatları məlum olub. Məlumata görə, sevgililər rus ruleti videosunu izləyib. Videodan sonra bu oyunu oynamağa qərar verən Ramazan silahı başına dayayıb və açılan atəş nəticəsində həyatını itirib.

İnönü Üniversitetində Əczaşılıq fakultəsində təhsil alan Fəridə Bayramova bu ifadəsindən sonra sərbəst buraxılıb. Lakin onun çantasında aşkar edilən 1 dollarlıq F seriyalı banknot və adına çıxarılan 4 ayrı telefon səbəbilə İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıb.

"Gözlərimin önündə öldü"

Özbək qadının yenidən ifadəsi alınıb. O bildirib ki, polis məmuru ilə 2016-cı ilin avqustunda sosial şəbəkədə tanış olub: "Ramazanla internetdə tanış olmuşuq. O gündən bir yerdə olmağa başladıq. Anam və atam həkimdir, onlar mənə burada ev alıb. Valideynlərimin göndərdiyi pul ilə dolanırıq. Çantamda tapılan 4 telefon və 1 dollarlıq banknot da atamın göndərdiyi pullardandır.

F.Bayramova cinayətin yaşandığı günü belə xatırlayır:

"Ramazanla rus ruleti videosuna baxdıq. O isə rus ruleti elə yox, belə oynanılır dedi və silahı başına dayadı. Ona mane olmaq istədim, amma silahdan atəş açdı və gözlərimin önündə həyatını itirdi".

Ölən polisin anası Özçelik: "Oğlumu tələyə salıb öldürdülər"

"Oğlum yetim qalanda cəmi 4 yaşı var idi. Ramazanla birlikdə 3 uşağıma həm ana, həm də ata olmuşam. Rus ruleti oyununa inanmıram. Oğlumu tələyə salıb öldürüblər. Ramazan millətinə, dövlətinə bağlı biri idi. Bu cinayətin üstünün açılmasını istəyirəm".

Xəbərlər     Baxılıb: 1882   Tarix: 08 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbində

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

turlar.az

gelinlikler adlarin menasi maskalar hamilə geyimləri cemli piroq zirincin faydasi təmizlik kosmetika xeyanet 8 mart gözəllik yuxuda qara ilan gormek şəhid