Fəsil dəyişəndə saçlarınız tökülür, dəriniz quruyur? - Diqqətlə OXUYUN

Fəsil dəyişəndə saçlarınız tökülür, dəriniz quruyur? - Diqqətlə OXUYUNSaç tökülməsi hər yaşda rast gəldiyimiz bir problemdir. Yeni doğulan uşaqlardan tutmuş hər yaşda bu baş verir. Demək olar ki, hər fəsildə saç tökülməsi, qırılması ilə qarşılaşırıq. 
Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər.  Bununla yanaşı, fəsil dəyişkənliyi dəri quruluğuna da səbəb olur. Əsasən də yaz qadınların dərisindəki problemlərin üzə çıxdığı və onların bu problemlərə qarşı mübarizə apardıqları bir fəsildir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir.
Milli.Az Lent.az-a istinadən bu problemlərin səbəblərini sizə təqdim edir: 
Mütəxəssislər bildirir ki, saç tökülməsi bir çox səbəblərdən yarana bilər. Uşaqlarda bu bir sıra sindromların xəbərçisi ola bilir. Böyüklərdə isə saç tökülməsi və ya qırılması bəzən bir sıra xəstəliklər nəticəsində ortaya çıxır. Stres, hava şəraiti, ən əsası da fəsil dəyişkənliyi bu problemə gətirib çıxarır. 
Ümumiyyətlə, saç tökülməsi fəsil dəyişmələri zamanı daha da artır. Amma bu o qədər də qorxulu deyil. Fəsildən-fəsilə keçdikcə dəri yeniləndiyi üçün onunla birlikdə saç tökülməsi halları da baş verir. Ancaq saçlar gündəlik olaraq 55-65 teldən çox tökülürsə, artıq bu normal deyil və problemi həkimlə məsləhətləşmək lazımdır. Saç tökülməsi zamanı saç dibinin, dərinin müayinəsi mühüm əhəmiyyət kəsb edir
Bəs, yaz fəslində üz dərisinin quruluğu niyə artır ? Onu necə və nədən qorumaq lazımdır ? 
Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir,  dəri solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır. Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki əsmər qadınlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Amma bütün qadınların ultrabənövşəyi şüalardan qorunmağı vacibdir. 
Vitamin çatmayan dərilər daha solğun olur, çox quruyur. Buna görə də yaz fəslində məsləhətdir ki, qadınlar vitaminlərlə zəngin dərmanlardan istifadə etsin, meyvə və tərəvəzləri çox yesin. 
Həmçinin yuxu rejimin pozulması da dərinin tonusunun düşməsinə, cansız görünməsinə, boğunuq görünüş almasına səbəb olur. Bunlarla yanaşı, stres, əsəb də daxili orqanlara mənfi təsir göstərir. Dərinin həssaslığı da birbaşa daxili orqanlarla əlaqədar olduğu üçün əsəb həm də dərimizdə müxtəlif problemlərin yaranmasına şərait yaradır. Normal yuxu, stresdən uzaq həyat, doğru qidalanma dərimizin də təravətli və gözəl qalmasına kömək edir. 
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1689   Tarix: 03 aprel 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gözəllik məhsulları geyim seçimi geyim necə seçməli cantalar 2026 qan qruplari bəxtiyar vahabzadə ana şeiri dəri və saç kosmetika intim munasibetler dolca burclerin uyumu zəhmət tərəzi bürcü