Filip Kirkorov: "Əkizlərim tez-tez Bakıya nə vaxt gedəcəyimizi soruşurlar" - FOTO
Rusiyanın sevilən müğənnisi Filip Kirkorov ötən gün konsertindən 2 saat öncə Azərbaycan Televiziyasının "1 AzTv" verilişinin qonağı olub.
İlk dəfə Azərbaycan telekanalının qonağı olan Filip Kirkorov verilişdən sonra Open.az-a özəl açıqlamalar verib.
Əkizləri və şəxsi komandası ilə paytaxta təşrif buyuran Kirkorov növbəti dəfə Azərbaycana gəldiyinə görə xoşbəxt olduğunu bildirib: "Hər dəfə Bakıya gələndə özümü evimdəki kimi hiss edirəm. Çünki burada çoxlu dostlarım var. Ümumiyyətlə isə Bakı dostlar şəhəridir. Düzdür ilk dəfə Emin Ağalarovun "Jara" festivalının sayəsində buraya gəlmişəm. Kaş ki, daha öncə bura səfər edərdim".
Əfsanəvi ifaçı Azərbaycan mətbəxinin ləziz təamlarından da bəhs edib: "Ən çox da Bakının yeməkləri üçün darıxıram. Azərbaycan mətbəxi öz yeməkləri ilə çox seçilir. Mən və övladlarım xüsusi ilə bu mətbəxi dadmaqdan həzz alırıq. Xüsusi ilə əkizlərim Bakını çox sevir. Onlar tez-tez Bakıya nə vaxt gedəcəyimizi soruşurlar".
O, ötən gün reallaşan konserti barədə də məlumat verib: "Bakının çox möhtəşəm bir konsert zalında, Bakı Konqres Mərkəzində konsert təşkil etmişik. Uzun müddətdir ki, bunun üçün peşəkar komandamla birlikdə çalışırıq. Çünki buradakı çoxsaylı sevənlərimin olduğunu yaxşı bilirəm. Elə ona görə onların yaddaşından silinməyəcək bir konsertlə çıxış etmək istəyirəm".












İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)