"Filipplə danışdım, ermənilərə humanitar yardım etməyib" - Aygün Kazımova

"Filipplə danışdım, ermənilərə humanitar yardım etməyib" - Aygün Kazımova"Son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filipplə əlaqə saxlamağı özümə borc bildim və hər şeyi danışdıq".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yazıb. Müğənni Rusiyanın Xalq artisti Filipp Kirkorov və atası Bedros Kirkorovla bağlı yayılan xəbərlərə münasibət bildirib.
Kazımova qeyd edib ki, Kirkorovun erməni ordusuna maddi dəstək olması haqda yayılanlar onu narahat edib və həmkarı ilə bu haqda danışıb:
"Filipp mənə dedi ki, "Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb. Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm".
Yayılan yalan xəbərlər Filippi də sarsıdıb. Bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq. Unutmayaq ki, bizi düşmən izləyir. Yeri gəlmişkən Filipp bu günə qədər nə "Can Rossiya", nə "Bolqarıstan", nə də "Can Ermənistan" oxuyub. Amma "Can Azərbaycan" ifa edib. Bu mahnıya görə ermənilər Filippi tənqid atəşinə tuturlar, İnstagram səhivələrində və saytlarında təhqirlər yağdırırlar.
Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi gedir. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq".

Şou Biznes     Baxılıb: 1875   Tarix: 29 oktyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

turlar.az

qis geyimləri 2026 kosmetoloq geyim necə seçməli hakista xina yaxdi sengulum nagili ədəbiyyat testləri qadin saytlari kosmetika saglam qidalanma novruz bayramina aid hakisdalar qz eviyçun hakışta kley lekesi tapmaca