Fimoz

FimozFimoz pülüyün xarici dəliyinin dar olmasıdır. Fimoz zamanı pülük geri çəkilmədiyi üçün cinsiyyət orqanının başı görünmür. Xəstəlik anadangəlmə və qazanılma olur. Anadangəlmə fimozlarda uşaqlarda siyimə aktı tam mümkün olmur, yaxud sidik ifrazı çətinləşir və bu zaman uşaqlar sidiyə çıxanda ağlayırlar. Pülüyün xarici dəliyinin həddindən çox dar olması və onun tam tutlması bəzən pülük dərisi ilə cinsiyyət orqanının başı arasında yığılan pülük dərisi ifrazatı-smeqmanın miqdarı artır. Bəzən smeqma daşlaşır, iltihablaşır. İltihablaşma artarsa balanopostit baş verə bilər. Müstəqil inkişaf edən balanopostit əksər hallarda ikincili fimoza səbəb olur. Fimoz zamanı sidiyin normal xaric olması prosesi pozulur, sidik kanalı və sidik kisəsi genişlənir, sidik kisəsinin atoniyası baş verir. Xəstəlik vaxtında müalicə olunmasa pielonefritə səbəb ola bilir.
MÜZLİCƏSİ:  Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi genişləndirilir, onun daxili qatı antiseptiklə yuyulur, qurudulur və antiseptik  məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıqda həlqəvari kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat aparılır. Qanaxma saxlanılır, pülüyün daxili qatı ilə xarici qatı bir - birinə nazik ketqut ilə tikilir. Cərrahi əməliyyat bir yaşına qədər uşaqlarda anestiyasız, 1-7 yaşına qədər uşaqlarda narkozla, daha böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır.
Bəzən xəstələr pülük dərisinin xarici dəliyinin dar olduğu zaman geri çəkilir. Belə geri çəkilmiş pülük dərisi cinsiyyət orqanının başını həlqəvari sıxır. Sıxıldıqda isə cinsiyyət orqanının başında qan və limfa dövranı pozulur, o şişir və bu hal parafimoz adlanır. Xəstəlik artarsa ödem hətta cinsiyyət orqanının sıxılmasına və nekroza səbəb ola bilər. Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı mümkün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım göstərmək lazımdır. Xəstəyə təcili yardım göstərmək məqsədilə ələ əlcək geyinib, pülük dərisini vazilenləyib, sonra pülük halqasını arxadan önə çəkmək lazəmdır. Pülük öz yerinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması mümkün olmadıqda şişkinlikdən arxada dəri novakainlə anesteziya olunur, kəsik aparılaraq pülük yürinə qaytarılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1012   Tarix: 21 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

donlar 2026 kosmetik vasiteler həkim məsləhəti xiyarın faydaları cinsəl sağlamlıq sevgi biliye aid atalar sözləri kosmetika lakonizim baldiza aid həsən bəy zərdabi qaynanaya aid vətən haqqında bayatılar