Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA - İnanılmaz FAKTLAR

Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA - İnanılmaz FAKTLAR"Urinoterapiya (sidiklə müalicə üsulu – red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Medicina.az-a deyib. O, müsahibəsində bildirib ki, 20 ildir bu müalicə üsulundan istifadə edir və 10 yaşınadək olan uşaqların sidiyini qəbul edir. Xalq artistinin bu çıxışı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Mövzu ilə əlaqədar qastroenteroloq-hepatoloq-endoskopist Dr. Ülvi İbrahimov Publika.az-a açıqlama verib. O bildirib ki, tibbin inkişaf etdiyi bir dövrdə sidik yolu ilə müalicə üsuluna ehtiyac yoxdur:
"Bunun qəti əleyhinəyəm, tibbi-nöqteyi nəzərdən heç bir sübutu yoxdur. Bu mövzuda genişmiqyaslı elmi araşdırmalar aparılmayıb. Əldə olunan nəticələr yetərli deyil, tibbi nöqteyi-nəzərdən heç bir sübutu və dəqiqliyi yoxdur.
Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA - İnanılmaz FAKTLARUrinoterapiya digər ölkələr də var, xüsusilə Hindistanda daha çox istifadə edilir. Lakin bu, mübahisəli məsələdir. Sidiklə müalicəni hər insan istifadə edə bilməz, mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Bu dərəcədə ağır fəsadları ola bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır".
Mütəxəssis daha sonra əlavə edib ki, bu gün hər bir xəstəliyin müasir müalicə protokolları mövcuddur:
"Hesab edirəm ki, sidiklə müalicə üsuluna heç bir ehtiyac yoxdur. Sadəcə bəzən çarəsiz qalaraq bu yola müraciət edirlər. Amma bunun özü təhlükəlidir. Çünki çarəsiz qalan insanlar normal vəziyyətdə deyil, sağlamlığın orta ağır olduğu halda bu üsuldan istifadə edir. Nəticədə, əks problemlər meydana gəlir. Yaxşı olardı ki, urinoterapiya həkim mədə-bağırsaq sistemini yoxladıqdan və hər hansı əks-göstəriş olduğunu yoxladıqdan sonra, həkim məsləhəti ilə və xalq təbabəti ilə məşğul olan həkimlər tərəfindən həyata keçirilsin".
Xatırladaq ki, Xalq artisti müsahibəsində urinoterapiyanın faydalarını belə ifadə edib:
Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA - İnanılmaz FAKTLAR"Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm".
Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:
"İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. "Qaynanmış urino" deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda. Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən". /publika.az

Sağlamlıq     Baxılıb: 3236   Tarix: 10 iyul 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

yaz geyimleri 2026 geyim və ayaqqabılar qadin sayti xolesistit 2026 payiz qis debi hüquqşünas yemək kosmetika novruz hakisdalari qiz evi haxista bir arzum var opusme ağır itki