Frigidlik- Qadınlarda cinsi həvəsin olmaması - MÜALİCƏSİ VƏ YARANMA SƏBƏBLƏRİ

Frigidlik- Qadınlarda cinsi həvəsin olmaması - MÜALİCƏSİ VƏ YARANMA SƏBƏBLƏRİGoldNews.az sizə Frigidlik və ya seksual disfunksiya qadın xəstəliyi barədə ətraflı məlumat verir.

Frigidlik və ya seksual disfunksiya dedikdə, qadında libidonun və ya seksual cəzbetmənin, səciyyəvi seksual duyğularıın və ya orqazmın tam olaraq olmaması və ya azalması (cinsi soyuqluq) başa düşülür. Ayrı-ayrı frigidlik hallarında cinsi yaxınlığa tam olaraq biganəlik müşahidə oluna bilər.

Frigidliyin səbəbləri

Frigid qadın üçün onun həyatının seksual tərəfi heç bir maraq kəsb etmir. Cinsi aktın özü də onda heç bir emosiya yaratmır, hətta onun heç xoşuna gəlməyə də bilir. Belə qadının erogen zonaları həssas olmur, onun aktiv şəkildə stimulyasiyası heç bir effekt vermir, oyanma halı yaranmır.

Frigidlik xəyali və həqiqi ola bilər.
Sonuncu patologiyadır və seksual həssaslığın anadangəlmə zəif inkişafı fonunda nadir hallarda (dünyadakı qadınların cəmi 7%-də) rast gəlinir.
Həqiqi frigidlik kişi ilə intim yaxınlığa həvəsin, cinsi təmas zamanı spesifik seksual reaksiyaların olmamasında, habelə emosional həzzin olmamasında öz ifadəsini tapır. Bütün bunlar qadının iradəsi və istəyindən asılı olmayaraq baş verir. Bu arada seksual əlaqələrə tam olaraq marağın olmaması kişinin xoşuna gəlmək istəyi ilə müşayiət oluna bilər. Əksər hallarda fizioloji və psixoloji səbəblərdən yaranan xəyali frigidliyə rast gəlinir. Çox vaxt bu xəstəlik bir neçə amilin (somatik, psixi, mikrososial) təsiri altında inkişaf edir. Frigidlik çox vaxt psixopatiyaların, endogen psixozların, xarakterin aksentuasiyaları (xarakterin parlaq əlamətləri - bu, qəti mövqeyi olmayan, xoflu, utancaq, mənfi emosiyaların fiksasiyasına meylli olan qadınlardır) fonunda yaranır.

Frigidliyin inkişafına nədən yarada bilər?
Alkoqol və narkotiklərdən çoxlu istifadə edilməsi ;
Əvvəl kobud şəkildə həyata keçirilmiş deflorasiya fonunda inkişaf edən psixi zədələr;
Cinsi əlaqə zamanı ağrılar;
Hamilə qalmaq və ya konkret partnyorla əlaqədə ifşa olunmaq qorxusu fonunda seksual yaxınlıqdan qorxma;
Fiziki olaraq partnyora qarşı ikrah hissi;
Diqqətin orqazmın olmamasında həddindən artıq cəmləşdirilməsi, habelə hər etiologiyalı (yorğunluq, asteniya, tükənmə, orqanizmin uzun müddət fiziki və ya əqli gərginlik qabiliyyətinin zəifləməsi və ya itirilməsi) astenizasiya (gücsüzlük, zəiflik);
"Yaxşı vaxtda" emosional laqeydlik:
Depressiv, narahatlıq halı və bəzi digər psixi pozğunluqlar.

Frigidliyin yaranmasında müxtəlif xarakterli stresslərin - həddindən artıq yorğunluq, endokrin pozğunluqlar, orqanizmdə hormonal pozğunluqlar, intoksikasiyalar, ginekoloji xəstəliklər) də əhəmiyyəti böyük olur.
Bu xəstəliyin inkişafına neyrohumoral əhəmiyyətli pozğunluqlar (məsələn, beyin strukturlarının dərin zədələnməsi, androgen çatışmamazlığı, yumurtalıqların disfunksiyası) və sinir sisteminin seqmentar zədələri (şiş, zədə və ya başqa mənşəli) də səbəb ola bilir. Bunun nəticəsində həssaslıq pozulur, səciyyəvi seksual və orqazm duyğuları itirilir. Bəzi hallarda frigidlik cinsi orqanların inkişafında anadangəlmə çatışmamazlıqların, çanaq dibinin əzələlərinin zəifliyi, venaların kifayət qədər qanla dolmaması, iltihab xəstəliklərinin nəticəsi ola bilir. Bunlar cinsi yaxınlığın həyata keçirilməsini çətinləşdirir.

Frigidliyin simptomları və təzahürləri nədir?
Bəziləri hesab edir ki, frigidlik intim yaxınlıq zamanı orqazmın olmamasıdır. Lakin bu, səhv fikirdir. Axı qadınlarda orqazm fərdidir. Frigidlik fərqli təzahür edə bilir: bəzi qadınlarda yaxınlıq özü xoşagəlməz duyğular yaradır, lakin onlar buna qadın öhdəliyi kimi yanaşır; digər qadınlarda seks mötədil xoş duyğular yaradır, üçüncüləri orqazmı yalnız yuxuda hiss edə bilir. Çox vaxt qadında orqazmın olmamasını onu təmin etməyə qadir olmayan partnyorun savadsızlığı ilə əlaqələndirirlər. Əvvəllər hesab olunurdu ki, frigid qadınlar olmur, bacarıqsız kişilər olur. İndi isə bunun əksi öz təsdiqini tapmışdır: bu gün frigid qadınlar yoxdur, savadsız, tənbəl və təcrübəsiz kişilər var.

Bir çox qadınlar qeyd edirlər ki, masturbasiya prosesində onlar daha çox həzz alırlar, nəinki bilavasitə cinsi akt zamanı. Statistikaya görə, cinsi həyata başlamazdan əvvəl masturbasiya ilə məşğul olan qadınlar arasında frigidliyə bunu etməyən qadınlarla müqayisədə üç dəfə az rast gəlinir. Bu, orqazm keçirmək təcrübəsinin meydana gəlməsi ilə izah olunur.Qadınların təxminən yarısında olduqca erogen zona klitordur, uşaqlıq yolunun isə həssaslığı belə qadınlarda az olur.Bu qadınlar qeyd edirlər ki, orqazmı yalnız partnyor əlavə olaraq barmaqlarının köməyi ilə klitoru həvəsləndirdikdə, hiss edirlər. Seksual razılığın olmaması problemini həll etməkdə yalnız partnyorların bir-biri ilə səmimi söhbətləri köməklik edə bilər. Bu zaman onlar onların hər birinə ən yüksək həzz verən cinsi yaxınlıq məqamlarından söhbət açmalıdırlar. Əsas məsələ utanmamaq və özünü tam sərbəst hiss etməkdir. Bundan başqa, tərbiyənin də rolu böyükdür. Qız uşağında seksuallığın düzgün formalaşması üçün anadan olduğu ilk üç ildə ana ona mümkün qədər çox diqqət yetirməli və nəvaziş göstərməlidir. Qadının həyatında orqazmın olmaması onun sağlamlığına, xüsusən də psixi sağlamlığına təsir göstərir, qıcıqlanmaya, tez-tez baş ağrılarına, vaxtından tez qocalmaya səbəb olur. Qadın frigidliyi kişinin də psixikasına mənfi təsir göstərir. Bu fonda kişidə potensiyanın zəifləməsinə səbəb olan psixoloji problemlər yarana bilər.

Frigidliyin diaqnostikası
Bu xəstəliyin diaqnostikası yalnız təcrübəli həkim-seksoloq tərəfindən qadının müayinəsi əsasında qoyulur. Fiziki xarakterli səbəbləri istisna etmək lazım gəldikdə, bu xəstəliyin gizli səbəblərini aşkar etmək üçün ginekoloqun, endokrinoloqun və psixoloqun məsləhətlərinə ehtiyac ola bilər.

Frigidliyin müalicəsi

Bu vəziyyət korreksiyası mümkün olmayan anadangəlmə defekt yox, xəstəlik hesab edildiyindən, frigidlik müvafiq müalicə tələb edir. Xəstəliyin fiziki səbəbləri olduqda, müalicə onların aradan qaldırılmasına yönəlir.
Psixoloji pozuntuların nəticəsi olan frigidliyin müalicəsinə vaxt və qadının istəyi lazımdır. Bu zaman qadında həkimə inamın olması, qadının kişiyə məhəbbət sığalı çəkməyə və belə sığalı almağa hazır olması mühüm əhəmiyyət kəsb edir. Çox vaxt xəstəliyin aradan qaldırılması üçün intim yaxınlıq üçün şəraitin dəyişdirilməsi, romantik ab-hava, gözəl musiqi, birgə istirahət, yaraşıqlı yataq, erotik alt paltarı, erotik filmlərə birlikdə baxmaq yetərli olur. Bu zaman cütlüyün qarşılıqlı inamı, bir-birinə məhəbbətini qoruyub saxlaya bilməsi, təmkinli olması mühüm əhəmiyyətə malikdir.

Xəbərlər     Baxılıb: 3114   Tarix: 11 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

kosmetoloq yay kolleksiyasi hamiləlik interyer dizayni zirinc faydalari hamileliyi pozmaq ucun sac düzümləri kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz kahfe falı saglam qidalanma sevgi orqazm