Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz

Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz"Bugün dünyada, eləcə də Azərbaycanda xərçəng xəstəliyinin günü-gündən artması və azyaşlılarda bu xəstəliyə rast gəlinməsi, ölkəmizdə də bu kimi halların daha sürətlə çoxalması təhlükəli faktorların olduğunu göstərir. Ancaq xərçəng xəstəliyinə səbəb olan amillər sadəcə qidalarda deyil. Bundan başqa bir neçə nüans da göstərmək mümkündür".
Milli.Az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Yeni Sabah"a açıqlamasında bildirib. Yuxusuzluqla bağlı danışan ekspert fikirlərinə belə davam edib:
"Birinci növbədə burada genetik faktorlar əhəmiyyət daşıyır. Əgər ailə fərdlərindən hər hansındasa xərçəng varsa, xüsusilə, valideynlərdə, onların övladlarında da bu xəstəliyin riski daha çox artır. Eləcə də bu gün ekologiyamızın, ətraf mühitin toksik, kimyəvi maddələrlə çirklənməsi, radiasiya burada önəmli rol oynayır. Bütün bunlar xərçəng riskini artıran amillər arasındadır. Eyni zamanda, bir çox xəstəliklər var ki, bunlar infeksiya şəklində olanlardır. Həmin xəstəliklər immun sisteminin aşağı düşməsinə səbəb olur, nəticədə xərçəng riski artır. Əvvəllər yaş faktoru önəmli olsa da, bu gün azyaşlılarda da bu risk var".
Ekspert qeyd edib ki, hormonal balansın pozulması da sözügedən xəstəliyə tutulma ehtimalını çoxaldır:
"Xüsusilə, estrogen hormonu var ki, bu da bir çox xərçəng növlərinə gətirib çıxara bilir. Bundan əlavə olaraq, yaşam tərzi çox önəmlidir. Əgər bir insan siqaret çəkirsə, həddən artıq alkoqoldan istifadə edirsə, yaxud istifadə etmirsə belə, passiv tütün çəkməyə məruz qalırsa risk çoxalır. Fiziki aktivliyin az olması, yuxu rejiminin pozulması, gec saatlara qədər oyaq qalmaq da xərçəng riskini artırır. Gecə oyaq qaldıqda həm hormonal balans pozulur, həm də xərçəng yaradan hüceyrələr bu saatlarda daha aktivləşir. Bu müddətdə mütləq şəkildə yuxuda olmaq lazımdır. Əksinə olduqda, orqanizmə əlavə yük düşür, funksiyalar pozulur. Bütün bu amillər xərçəngin yaranmasına səbəb olur".
M.Hüseynova vurğulayıb ki, sadalananlarla yanaşı, qida amili də mühüm sayılır:
"Qeyri-sağlam, paketlənmiş, rəf ömrü uzun olan qidaların tərkibinə xarab olmaması, uzun müddət qala bilməsi üçün, həmçinin, dadlandırmaq üçün aromatizator, stabilizator olaraq kimyəvi qatqı maddələri qatılır. Həmin maddələr zamanla xərçəngə gətirib çıxarır. Bununla yanaşı, atışdırmalıq qidalar var ki, onların tərkibindəki həddən artıq doymuş yağlar, çox qızardılan, texniki emaldan keçən qida məhsulları var ki, bunlar da xərçəng yaratma riski daşıyır. Bütün bunlara diqqət etmək lazımdır.
Qorunmaq üçün aktiv həyat tərzi keçirmək, mütəmadi idmanla məşğul olmaq, yuxu rejiminə diqqət etməklə yanaşı, təbii, keyfiyyətli, sağlam, mənşəyi bəlli olan qidalardan istifadə etmək lazımdır. İnsan orqanizmi öz fuksiyasını yerinə yetirməsi üçün gün ərzində 70-ə qədər makro və mikro elementlərə ehtiyac duyur. Bu elementləri isə yalnız təmiz və sağlam qidadan əldə etmək mümkündür. Bunlar heyvan mənşəli qidalar, ət və süd məhsullarıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1409   Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari qadın geyimi yaşıl çay daglar haqqinda məmməd ismayıl gozlerin bezedilmesi kosmetika nizami gencevi seksi intim kley lekesi klitor