Gecə klubunda çıxan davada Pərvin Abıyeva da olub?
Ötən gecə Bakıda yerləşən klubların birində kütləvi dava baş verib. Davada məşhur aktrisa Pərvin Abıyeva və işdən çıxarılan polis sevgilisinin də olduğu bildirilib.
Open.az xəbər verir ki, məsələylə bağlı Abıyeva açıqlama verib.
O, sözügedən məsələyə bu cür reaksiya verib:
"Bütün saytlarda gecə klubunda baş verən davada mənim də olduğum barədə məlumatlar yayılıb. Bu, həqiqəti əks etdirmir. Mənim bu davadan xəbərim belə yoxdur. Heç Bakıda da deyiləm. Araşdırmadan mənim adımı davalarda hallandırmaq heç bir məntiqə sığmır". /open.az