"Gecə saat 1-dən sonra adamda hal qalır ki..." - Azərbaycanlı rəqqasə

"Gecə saat 1-dən sonra adamda hal qalır ki..." - Azərbaycanlı rəqqasəTanınmış rəqqasə Rəna Ağamuradovanın (Renka) müsahibəsini təqdim edirik.

- Renka xanım, əsl adınız Rənadır... Bəs Renka haradan gəlir?

-Mən Yekaterinburqda dünyaya gəlmişəm. Rusların dili Rənaya yatmırdı, ona görə də məni Renka deyə çağırırdılar. Elə o vaxtdan da belə qaldı.

- Niyə məhz rəqqasəliyi seçdiniz?

- Mən həyatda iki peşənin arzusunda olmuşam. Biri stilistika, digəri isə rəqqasəlik. 16-17 yaşımdan salonda işləmişəm. Buna baxmayaraq, rəqqasəliyə olan həvəsim məni bu sahəyə dartıb gətirdi. Hərçənd ki, mənə bu işlə məşğul olmağa icazə vermirdilər. 20 yaşımda ailə qurdum, onda hər şey daha da çətinləşdi. Maneələrin biri də artdı.

- Sonra ayrıldınız...

Bəli, boşandım, amma mən boşanan kimi səhnəyə atılanlardan olmadım. İki ildən sonra fəaliyyətə başladım. Düşünürəm ki, kifayət qədər uğurlu start götürdüm.

- Niyə ayrıldınız ki?

- Sadəcə olaraq, zaman keçdikcə anladıq ki, biz fərqli dünyanın insanları imişik. Belə ciddi bir problemimiz olmayıb. Dost kimi ayrıldıq.

- İkinci dəfə ailə qurmaq planınız var?

- Yoxdur, mən bu kitabı bağlamışam. Ən azından düşünürəm ki, mənim övladlarım var, alınmaz.

- Deməli, sevmirsiniz...

- Sevmirəm...

- Bəs sevilmirsiniz?

- O da yox...

- Ailənizdə sizdən başqa incəsənət nümayəndəsi varmı?

- Atamla bacım rəssamdır. Mən özüm də hərdən çəkirəm.

- Bir ara ilanla oynayırdınız. Bu ideya sizdə haradan yaranmışdı?

- Bir filmdə qızın ilanla rəqsi var. Məndən də bir məclis üçün belə bir rəqs xahiş etmişdilər. Düzdür, məndən qabaq beş-altı rəqqasə bunu etmişdi, ancaq mənim qədərini edən olmamışdı.

- İmkanlı şəxslərin "hədəf"inə tez-tez düşürsünüz?

- Yox e, mən olduğum məclislərdə hamı mənə qardaş deyir. Uşaqlıqdan da oğlan kimi böyümüşəm. Mənə qadın kimi baxmırlar (gülür). Özümü qadın kimi apara bilmirəm.

- Konkret olaraq əks-cinsin nümayəndələrini bir addımlığınıza buraxmırsınız. Amma sizin üçün əldən-ayaqdan gedənlər az deyil...

- Hamı deyir ki, çoxdur, amma mən görmürəm, yoxdur. Bəlkə də çəkinirlər məndən (gülür).

- Renka xanım, ilanla oynayanda başınıza nə hadisəsi gəlib?

- Saçımın arasına. Hətta oradan da boynuma sarılıb məni boğmaq istəyirdi. Bir də onda ayıldım ki, arxaya gedirəm. Gözlərim bərəlib. Yaxşı ki, ilanı idarə edən oğlan vaxtında müdaxilə etdi.

- Bir rəqqasə üçün ən vacib elementlər hansılardır? Ümumiyyətlə, indiki rəqqasələrin bədən quruluşları sizi qane edirmi?

- Bilirsiniz, mən xarici səfərlərin birində bir qrup oriental rəqqasə ilə həmsöhbət oldum. Hamısı kilolu idi. Dedilər ki, ərəb rəqsini oynayan rəqqasənin qarnı olmalıdır. Burada mənim bir az qarnım olan kimi top atəşinə tuturlar. Hər kəs öz bədən quruluşunu öz istəyinə görə tənzimləyir.

- Rəqabətdə olduğunuz rəqqasə varmı?

- Vallah mənim heç kimlə işim yoxdur. Öz işimlə məşğulam. Əksinə, vaxtım olmayanda məclislərə tanıdığım başqa rəqqasələri göndərirəm. Həmişə deyirəm ki, özünüzü öldürməyin, hərənin öz publikası var. Rəqabət aparmaqla deyil, hamıya bir parça çörək çatacaq onsuz da.

- Bədəninizin hansı hissəsi çöldə qalanda daha cazibədar görünürsünüz?

- Düşünürəm ki, göbək hissəmlə ayaqlarım. Bunu özüm də hiss etmişəm.

- Belə bədən formasını yığmaq üşün nəsə edirsiniz?

- Əvəllər idmanla məşğul olurdum. İndi bir az ara vermişəm.

- Bəs kişilərə qarşı ehtiras hissinizin sönməsi nə ilə əlaqədardır?

- Bəlkə də inamsızlıq. Ümumiyyətlə, gecə birə qədər restoranlarda rəqs edən birinin nəsə etməyə halı qalar? (gülürük). Seks mənim üçün ikinci plandadır.

- Bəlkə özünüz də bilmədən feminist olmusunuz?

- Qətiyyən, sadəcə olaraq, həvəsim yoxdur. Bir növ bədən tonusum "ölüb".

- Caduya inanırsınız?

- Bəli, belə şeylərə inanıram.

- Sizə cadu olunubmu?

- Olunub. Hiss edirəm ki, mənə güclü cadu olunub.

- Son olaraq, bu sənət üçün və ailəniz üçün nələri gözə aldınız?

Sənətdə öz prinsiplərimi qorumuşam. Öz zəhmətimlə bu yerə gəldim. O ki qaldı ailəmə, mən həmişə istəmişəm ki, gözəl və ideal ailəm olsun. Yoldaşıma görə çox şeylərdən keçdim. Amma məni yandıran budur ki, bu şeylərə dəyər verən olmadı. Yenə də şükürlər olsun ki, indi öz gücümə ayaqdayam, hər şey yaxşıdır. //Baku.ws

Xəbərlər     Baxılıb: 2529   Tarix: 08 dekabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

reseptler gelinlikler həkim məsləhəti sinir sistemi manikür və pedikür göz xəstəlikləri asan kosmetika atalar sozleri pehriz vətənə aid bayatılar qızlıq pərdəsi cantalar