Gəlin mənim süpürgəmdir! - Psixoloji baxış

Gəlin mənim süpürgəmdir! - Psixoloji baxışSon zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir?
Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi?
Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi "sahiblənmə" duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada "qaynana-gəlin" problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar. Kişinin üzərinə düşən vəzifə isə yoldaşına "mənim anama yaxın ol yaxud mənim anamı sev və ya mənim anama hörmət saxla" kimi sözlərdən istifadə edərək yoldaşınızı sıxışdırmayasınız çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Və əsla ananız və yoldaşınızı müqayisə etməyin və belə bir şəraitin yaranmasının qarşısını alın!
Qaynanalar isə gelinə hər şeyi öyrətməyə çalışır, yeni ki artıq o gəlnini tam hazır bir şəkildə görmək istəyir lakin burada diqqət etməlidir ki, gəlnin yaş və təcrübəsi eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qaynananın müdaxiləsinə icazə verməlidirlər. Yəni ki, əgər qaynana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa onu dəstəkləyin. Çünki qaynanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu ləğv olduqda artıq qarışmayacaq! Ər- arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək vaxt ayırmaması və s. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir? Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn: futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyil edəcəkdir! Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur! Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilələr etməyə çalışırlar! Bu cür danış, bu tərzdə cavab versən yaxşıdır yaxud mən sənin yerində olmaq istəmərəm və s. kimi cümlələrdən istifadə edərək ailədəki kiçik bir problemin həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar! Yaxşı olardı ki, buna icazə verməyəsiz ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu sizin ən yaxınınız olsa belə!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az

Mətbəx     Baxılıb: 2819   Tarix: 20 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

turlar.az

qaşların formalari yay geyimləri 2026 sac duzumleri elaci aciq zedelenmeler yaralar sizanaqlara qarsi dəri və saç kosmetika irem derici bayatilar gunay novruz atalar sozleri