Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroqYumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq. Bizim reseptdən faydalanaraq "Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq" hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

400 qr qat-qat xəmir

250 qr şampinyon göbələyi

150-200 qr farş ət

1 ədəd soğan

50 qr holland pendiri

3 x/q duru yağ

İstiot

Duz

Un
Göbələyi təmiz yuyun. Xırda-xırda doğrayın. Tavaya duru yağı və doğranmış göbələkləri əlavə edib 5-7 dəqiqə bişirin. Daha sonra soğanı təmizləyin, xırda-xırda doğrayın və göbələyin üzərinə əlavə edib 10-15 dəqiqə zəif temperaturda bişirin.
Ayrı bir tavaya duru yağı əlavə edib farş əti bişirin. Farş ət tam bişənə qədər nəzarət edin. Bişənə yaxın duzu, istiotu əlavə edin.
Qat-qat xəmiri sobanın qabına sərin. Xəmiri sobanın qabına yerləşdirməmişdən əvvəl qabın dibinə un səpin. Xəmirin bir hissəsinə hazır olan farşı və göbələyi əlavə edin. Çünki digər yarısı ilə onun üstünü örtəcəksiniz.
Holland pendirini sürtgəcdən keçirib üzərinə əlavə edin. Hazır olan piroqu sobaya qoyub 200 dərəcədə təxminən 30 dəqiqə bişirin.

Nuş olsun! :)

Mətbəx     Baxılıb: 36479   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

turlar.az

donlar 2026 qis geyimləri 2026 qaşların formalari geyimler 2026 testosteron nədir vetene aid bayatilar tüklərin təmizlənməsi kosmetika badambura klitor hakisdalar dostluq haxisda