Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQYaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hansı simptomla üzləşsəniz, dərhal xəstəxanaya müraciət etməlisiniz.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər qan qrupları və gənələr arasında sıx əlaqə olduğunu deyiblər.
Mütəxəssislər gənələrin müəyyən qan qrupundan olanları daha çox sancdığını və həmin insanların infeksiyaya çox həssas olduqlarını açıqlayıblar. Alimlərin apardığı araşdırma nəticəsində gənələrin sevimli qan qrupunun olduğu anlaşılıb.
Sözügedən təcrübə zamanı mütəxəssislər gənələri təcrid olunmuş əraziyə yerləşdirib və onlara filtr kağızından istifadə edərək müxtəlif qruplardan qan nümunələri təqdim ediblər. Təcrübə zamanı bir çox gənənin ikinci qan qrupu olan nümunələrə doğru hərəkət etdiyi müşahidə edilib. Bu təcrübə yüz dəfədən çox təkrarlansa da, nəticə dəyişməyib. Məlum olub ki, üçüncü qan qrupu gənələr arasında ən az populyardır.
Qeyd edilir ki, gənələr insanlarda ciddi xəstəliklərə səbəb olur. Hətta bu xəstəliklər ölümlə də nəticələnir. Gənələr borrelia (Lyme xəstəliyi), gənə ensefaliti, anaplazmoz, erlixioz, tülyaremiya və babezioz kimi xəstəlikləri ötürə bilər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1435   Tarix: 18 may 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yemek reseptleri qadin sayti aksessuarlar psixoloji məsləhətlər salatlarin dizayni cəlil məmmədquluzadə soda maskasi kosmetika qurd ve quzu pomidor zencefil badambura haxisdalar