Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİRGəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikdə sinir sıxılmasına səbəb olaraq qalıcı hərəkət məhdudiyyətləri yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə türkiyəli Beyin və Sinir Cərrahiyyəsi mütəxəssisi Aytaç Can məlumat verib.
Onun sözlərinə görə, onurğa kanalının daralması əsasən bel bölgəsində müşahidə olunur. Xəstəlik bağ toxumasının qalınlaşması və ya disk yırtıqları nəticəsində meydana gəlir:
"Bel nahiyəsində daralma zamanı xəstələrdə gəzərkən artan ağrı, uyuşma və yalnız istirahət və ya irəli əyilmə ilə keçən şikayətlər yaranır. Ayaqlarda gücsüzlük də müşahidə oluna bilər. Boyun bölgəsində isə əl və qollarda zəiflik, uyuşma və tarazlıq pozğunluğu görülə bilər".
Mütəxəssis qeyd edib ki, xəstəliyin diaqnostikasında MRT müayinəsi mühüm rol oynayır. İlkin mərhələdə dərman müalicəsi, fizioterapiya, pilates, üzgüçülük və gəzinti kimi qeyri-cərrahi üsullar tətbiq edilir.
Lakin şikayətlər davam etdikdə epidural inyeksiyalar və digər ağrı müalicəsi metodlarına müraciət oluna bilər. Sinir sıxılmasının ciddi həddə çatdığı hallarda isə cərrahi müdaxilə qaçılmaz olur.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 968   Tarix: 17 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

aksessuarlar geyim şəkilləri həkim məsləhəti kabab reseptləri 2026 hicab geyimləri cizgi filmləri qripdən qorunmaq kosmetika vətənə aid bayatı veten haqqinda atalar sozleri novruz hakistalari sac duzumleri faydalı məsləhətlər