Gicitkan və onun faydaları

Gicitkan və onun faydalarıGicitkan yarpağının tərkibində askorbin turşusu, karotin və digər karotinoidlər, K, B qrup vitaminləri, üzvi turşular, mineral duzlar, Cu, Sr, Mo, Se, Ba və sairə maddələr vardır. Gicitkanın tərkibində əsas təsiredici maddələr vitaminlər və dəmir duzlarıdır. Bunlar orqanizmdə ümumi maddələr mübadiləsini, xüsusən də lipid mübadiləsini tənzimləyir. Bundan başqa gicitkan yarpaqlarının ödqovucu, sidikqovucu, iltihab əleyhinə, damardaraldıcı və regenerasiyanı sürətləndirmək xüsusiyyəti var.
Gicitkan köklərinin dəmləmə və bişirmələri böyrək və mədə xəstəlklərində, diareyalarda, furunkulyoz, revmatizm, bronxial astma, ağ ciyər vərəmi zamanı, həmçinin bəlğəmgətirici, gızdırmasalıcı, vasitə kimi və saçlrın dibini bərkitmək üçün istifadə olunur.
Gicitkan köklərindən saçları boyamaq üçün sarı və qəhvəyi boyalar alınır. Zoğlarının lifləri kağız, kəndir, kanat və torların, parus və xalçaların hazırlanması üçün yararlıdır. Gicitkan yarpaqları südün içərisinə salındıqda və ya əti onlara bükdükdə bu məhsullar xarab olmur. İnəklərə gicitkan verdikdə südün yağlılığı artır, toyuqlar isə bütün qışı yumurta verir.
Gicitkanın kulinariyada istifadəsi:
Yumurtalı gicitkan salatı: yuyulmuş gicitkan yarpaqlarını ( 150 qr) 5 dəqiqə qaynar suda qaynadın, aşsüzəndə süzüb xırda doğrayın. Üzərinə zövqə görə duz, sirkə və xama əlavə edib qarışdırın. Süfrəyə verəndə yumurta dilimləri ilə bəzəyin.
Gicitkanlı kürəciklər: gicitkan yarpaqlarını 100 qr qaynar suyun içərisinə salıb, 2 dəq sonra aşsüsəzənə qoyun və doğrayın. Qatı yarma sıyığı ilə qarışdırıb ( 200qr) yağ və duz əlavə edin. Alınmış kütlədən kürəciklər düzəldıb yağda qızardın. Süfrəyə xama ilə verə bilərsiniz.
Pendirli gicitkan buğlaması: Doğranmış gicitkan yarpaqları ( 80qr) 5 dəq buğlanır, üzərinə yaşıl soğan (10qr), duz, istiot, un, sürtgəcdən keçirilmiş ağ pendir (30qr) əlavə edib yağda 5 dəq qovrulur. Kənarda 65 ml süd, 20 qr un və 12 yumurtadan omlet qarışığı hazırlanır, göyərtinin üzərinə tökülüb sobaya qoyulur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1333   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil