Ginekoloq: "Ana bətnindəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər"

Ginekoloq: "Ana bətnindəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər""Bətndəki körpə üçün koronavirus 12 həftəyə qədər riskə çevrilə bilər. Tək koronavirus infeksiyası yox, digər respirator viruslar, qrip də hamiləliyin sözügedən dövrü üçün riskli hesab olunur. Çünki 12 həftəyə qədər dölün orqanları formalaşır və istənilən xəstəlik ona kənar təsir göstərə bilər".
Milli.Az xəbər verir ki, bunu mama-ginekoloq Nərmin Məmmədzamanlı lent.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir hal yaşanarsa, hamilə daimi nəzarətdə saxlanılır: "Ultrasəs müayinələr davamlı aparılır və döl normal olarsa, hamiləlik saxlanılır. Əks halda isə abort üçün göstəriş verilir. Qrip hallarında olduğu kimi koronavirus infeksiyasına yoluxan zaman əmizdirmə prosesi təhlükəsiz və mümkündür. Burada əsas şərt ananın temperaturunun 38.5-dən yüksək olmamasıdır".
Həkim deyib ki, hamiləlik planlama zamanı indiki problemlər nəzərə alınmalı və mütləq immunitet gücləndirilməlidir: "Nəzərə alınmalıdır ki, hamiləlik dövründə qadının immun sistemi zəifləyir və müxtəlif infeksiyalara açıq, həssas olur. Ona görə də həkimin məsləhətlərinə qulaq asmaq vacib və mütləqdir. Bununla yanaşı əhval-ruhiyyə də yüksək tutulmalıdır. Çünki sitress birbaşa immuniteti aşağı salan faktorlardan biridir".
Ginekoloq onu da bildirib ki, doğuş paketinə artıq koronavirus analizi daxil edilib. Doğuş və ya qeysəriyyə üçün müraciət edən analar daim nəzarətdə saxlanılır, yanlarına başqa şəxslər buraxılmır və gigiyenik qaydalara maksimum diqqət edilir.
Həkim onu da qeyd edib ki, dünya praktikasında koronavirusa yoluxub sağalan şəxslərin dünyaya gətirdiyi körpələrdə heç bir problem görülməyib və onlar sağlam olublar: "Ancaq xüsusi vurğulamaq lazımdır ki, burada əsas hamilə qadının xəstəliyi necə keçirməsidir. Çünki ananın infeksiyanın ağır və ya yüngül formasını keçirməsi vəziyyəti dəyişə bilər. Bundan çox şey aslıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1285   Tarix: 15 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

turlar.az

geyim seçimi kosmetika mehsullari gözəllik məhsulları zirinc faydalari veten haqqinda atalar sözləri qadın geyimi dəridə səpkilər kosmetika ana haqqinda bayati bedii edebiyyat oglaq baldiza aid birlik