Ginekoloqa nə zaman gedilməlidir

Ginekoloqa nə zaman gedilməlidir1- Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı, xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər. Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində inkişaf edən qarın boşluğu qanaxmaları zamanı yaranır:

2 - uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində uşaqlıq borusunun cırılması- bu halda təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;

3 - yumurtalıqların apopleksiyası - öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun 12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması. Əksər hallarda yumurtalıq apopleksiyası güclü qanaxmaya səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir. Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda konservativ terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı itirməmək və vəziyyəti anlamaq çox vacibdir.
Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda yaranması zamanı mütləq «Təcili yardım» çağırın:

4- abortdan və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;

5- qorunulmamış cinsi aktdan sonra, uşaqlıq artımlarının iltihablaşması və bir çox hallarda, pelvioperitonitlə, yəni kiçik çanaq peritonunun iltihabı ilə müşayiət olunmasının nəticəsi kimi; tez effekt almaq və aparılması mümkün olan əməliyyatın qarşısını almağa imkan yaradan infuzion, antibakterial, iltihabəleyhinə terapiyanın aparılması labüddür.

6- uşaqlıqdaxili spiraldan istifadə etmək fonunda (UDK), xüsusən, spiral 2 ildən əvvəl qoyulmuşdursa, çünki bu, endomiometritin yaranması üçün risk amilidir; bu halda UDK-in dərhal çıxarılması və iltihabəleyhinə terapiyanın aparılması labüddür. Həkimə müraciətin vaxtında edilməsi təcili əməliyyat, o cümlədən, uşaqlığın ləğv edilməsindən qaçmağa imkan yaradır.

7- Qarnın aşağısındakı ağrılar tutma xarakterli ola və ürəkbulanma, qusma və ağız quruluğu ilə müşayiət oluna bilər. Belə şikayətlər uzun müddət ginekoloq müayinəsindən keçməyən qadında, habelə, yumurtalıq şişi və ya uşaqlıq mioması ilə əlaqədar nəzarətdə olan pasiyentdə yaranmışdırsa, dərhal «Təcili yardım» çağırmaq lazımdır. Əks halda, yumurtalıq şişinin burulması, miomatoz düyündə qidalanmanın pozulması, subseroz miomatoz düyün ayaqçığının burulması –kimi təhlükəli xəstəliklərin inkişaf etməsi istisna olunmur.

Ailə və Uşaq     Baxılıb: 3270   Tarix: 27 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri geyim dəbləri yaşıl çay qışa hazırlıq cins 2026 şirniyyat resepti kosmetika ana haqqinda bayati toy gecesı ağır itki həmidə vətən