Göz altı qaralmalardan və şişkinliklərdən xilas edən 3 məhsullu maska
Sızanaqlardan xilas olmaq, qara nöqtələri təmizləmək və ya üzdəki şişkinliklərdən, göz altındakı qaralmalardan xilas olmaq üçün tərkibində bilmədiyimiz kimyəvi maddələrdən istifadə edilən kremlərə, maskalara, dəriyə qulluq məhsullarına dünyanın pulunu niyə verək ki? Bu gün hər kəsin evində olan sarıkök, qatıq və limondan hazırlanan maskanı sizinlə bölüşəcəyik. Artıq həftə sonu yaxınlaşır, bu resepti qeyd edin və parıldayan bir dəriyə sahib olmaq üçün sınamağa dəyər.
Sarıkök, son dövrdə tərkibində kurkumin (curcumin) adlı maddə sayəsində qızıl dəyərində tanınan bir məhsuldur. Çünki bu aktiv maddə sayəsində orqanizmdə yaranan iltihablanmaların daha sürətli yaxşılaşmasına dəstək olur, toksinlərin, yəni orqanizmimizə girən yad maddələrin bədəndən uzaqlaşdırılmasına da kömək edir.
Əgər dəriniz çox qurudursa, bu qarışığa bal və ya zeytun yağı da əlavə edəbilərsiniz. Hər ikisi də tərkibində olan faydalı maddələr sayəsində dərinizi ağardaraq qidalandıracaq, daha çox quruyub qıcıqlanmasının qarşısını alacaq.
Tərkibi:
½ çay qaşığı sarıkök
½ çay qaşığı təzə sıxılmış limon suyu
2 xörək qaşığı qatıq
½ çay qaşığı bal və ya zeytun yağı (zövqə görə)
Hazırlanma qaydası:
Kiçik bir qabın içinə bütün məhsulları töküb yaxşı qarışdırın. Sonra heç saxlamadan göz altı qaralmalar, şişkinliklər kimi problemlərli bölgələrə sürtün və 20 dəqiqə gözlədin.Daha sonra üzünüzü soyuq suyla yaxşı yuyun. Əgər dəriniz çox qurudursa maskaya 1/2 çay qaşığı bal və ya zeytun yağı da əlavə edin.
Ancaq maskanın gözünüzə təmas etməməsinə diqqət edin. Xüsusilə bu məhsullardan hər hansı birinə qarşı allergiya varsa, bu qarışığı tətbiq etməyin. Eyni şəkildə, allergik, həssas bir dəriniz varsa, üzünüzə tətbiq etmədən əvvəl mütləq mütəxəssis həkimlərlə məsləhətləşin.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?