Göz - iblisin ən böyük silahıdır

Göz - iblisin ən böyük silahıdırGöz - iblisin ən böyük silahıdırGöz - şeytanın ixtiyarında olan ən böyük silahdır. Şeytan gözün vasitəsilə insanı vəsvəsə edər. Şeytan insanı hər an nəzarətdə saxlamağa çalışır. Bu yolda heç bir səydən əl çəkməz. O, öz hədəfinə çatmaq üçün müxtəlif yollardan və vasitəsilərdən istifadə edər. Onun ən mühüm vasitəsi - vəsvəsə etməkdir.
Şeytan Qiyamət günü insanlara deyəcəkdir: "Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).
Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin.
İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır". ("İbrahim" 22).
Vəsvəsə müxtəlif cür baş verir. Onlardan biri - insanın gözü vasitəsilədir. İnsanda şeytan üçün mühüm olan şey - onun düşüncə və fikridir. Həyatında mühüm rola malik olan ruhudur. Ruhu onu ya qaldırar, ya da süqut etdirər. Ona görə də ruhu öz təsiri altına sala biləcək hər bir amil mühüm məsələdir.
Göz - qəlbin aynasıdır və birbaşa qəlbə yolu vardır. İmam Əli (ə) buyurur: "Qəlb, gözün kitabıdır". (O şeyi ki, göz görər, qəlbdə əyləşər).
"Mömin kişilərə de ki, gözlərini yumsunlar". ("Nur" 31).
Allah Təala bu ayədə buyurur ki, ey mömin kişi və qadınlar, gözlərinizi haramdan, fəsaddan yumun. Şeytan vahimə qüvvəsinin vasitəsilə insanın gözünü bağlayar və həqiqəti batil və batili həqiqət kimi ona göstərər.
İmam Əli (ə) buyurur: "Həqiqətən, şeytan yollarını sizə asan göstərər ki, sizin möhkəm din düyünlərinizi bir-birinin ardınca aça bilsin. Vəhdət yerinə dağınıqlığınızı artırsın".
İmam Sadiq (ə) buyurur: "Nalayiq baxış şeytanın zəhərli oxlarındandır. Hər kim onu Allaha görə tərk edər, Allah ona elə bir rahatlıq verər ki, onun şirin dadını özündə hiss edər".
Həzrət Peyğəmbər (s) buyurur: "Gözlərinizi haramlardan bağlayın ki, onun qəribəliklərini görəsiniz. Belə ki, zahiri gözü haramlardan nə qədər bağlasanız, nur gözünüz və qəlb mərifətiniz açılar. Batini gözü gücləndirər. Nəfsdə haqq elmi və yəqin maarifi hasil olar".
İnsan gözünün haqq və hüququ vardır. Onun haqq və hüququna nəzər salaraq, şeytanın əlini bağlamaq olar.
Gözün haqqı budur ki, halal olmayan hər şeyə göz yumasan.
Baxdığın hər şeyə ibrət gözü ilə bax. Baxdığın hər şeyə görə təfəkkür et. Allahın nemətlərini və möcüzələrini görməyə çalış. Çünki bu təfəkkürün faydası çoxdur.
Gözümüzə nəzarət edək və şeytanın oxlarına tuş olmayaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1311   Tarix: 25 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yaz geyimleri 2026 maskalar geyim necə seçməli cennet almasinin murebbesi ayaqqabi ve cantalar islamda hicab pamidor maskasi kosmetika kəlamlar hüzeyir hacibəyov gunay yuxuda qara ilan gormek ekizler