Göz xəstəlikləri

Göz xəstəlikləriGörmə qabiliyyətinin zəifləməsi,  göz qapaqlarının qızarması, ağrı və qaşınma-bunlar göz xəstəliyinin əlamətləridir. İnsanda beş hissiyat orqanı olsa da, bu o demək deyil ki, onlardan birinə qarşı laqeyd münasibət göstərmək olar. Gözdə qızartı, qaşınma hiss etmək, ağrı və şişkinlik, gözün tor görməsinə səbəb olan istənilən problem, ləkələr o mənaya gəlir ki, siz göz xəstəliyinə yoluxmusunuz.
Bir çox göz xəstəliyində simptomlar uyğun olur, bununla belə, bəzi müəyyən fərqlər isə dəqiq diaqnoz qoymağa imkan verir.
-Miyopiya-yaxından görmə xəstəliyidir. Bu, görmə qabiliyyətinin zəifləməsidir. Göz almacığının normal forması ilə müqayisədə bir az böyümüş formasıdır. Xəstəliyin özü yox, fəsadları daha təhlükəlidir. Çünki bu xəstəlik zamanı müntəzəm olaraq görmə qabiliyyəti daha da pisləşir və tamamilə kor olma təhlükəsi yaranır. Bunun səbəbi isə gözün uzun müddət yaxında olan əşyalarla, yəni kitab, monitor vəs. ilə kontaktda olmasıdır.
-Hipermetropiya-uzaqgörmə xəstəliyidir. Bu zaman insan yaxında, gözünün qarşısında olan əşyaları dəqiq görə bilmir. Bu zaman mütləq oftalmoloqa müraciət etmək lazımdır. Çünki bu xəstəlik ciddi fəsadlara səbəb ola bilər və peşəkar cərrahi müalicə tələb edir.      
-Strabismus-çəpgözlülük.  Bu, insanın gözlərinin hərəsinin bir istiqamətə baxması ilə müşahidə olunan göz funksiyasının pozulması xəstəliyidir. Bir çox hallarda 2-3 yaşlı körpələrdə müşahidə edilir. Müalicəyə tez başlamaq lazımdır. Çünki gecikəndə görmə qabiliyyəti daha da pisləşir.
-Katarakta və ya mirvari suyu. İnsanın göz sisteminin ən çox yayılan xəstəliklərindən biridir. Əsasən yaşlı insanlarda müşahidə edilir. Bu xəstəlik bir çox hallarda göz xrustalının ya tam, ya da yarımçıq formada bulanıq olması ilə biruzə verir. Nəticədə isə şəffaflığını itirir. Bu isə insanın gördüyü hər şeyi bulanıq təsəvvür etməsi ilə nəticələnir. Müasir müalicə üsuluna müraciət etməyən şəxslər görmə qabiliyyətini tam itirə bilər.
-Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Bu xəstəlik bir sıra göz xəstəliklərini birləşdirir. Bu xəstəliklər müxtəlif səbəblərdən yarana bilər və müxtəlif formalarda özünü biruzə verə bilər. Amma nəticə eynidir: İnsanın görmə siniri zədələnir və görmə qabiliyyətini tamamilə itirir. Bu xəstəlik əsasən yaşlı insanlarda müşahidə edilir. Amma Həkimlər cavan yaşda olan insanların da bu xəstəliyə yoluxma riskinin olduğunu istisna etmirlər.
-Astiqmatizm - gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Bu xəstəlik zamanı görmənin fokslanması pozulur, əsasən uzaqgörən və yaxıngörən göz xəstələrində müşahidə edilir. Bu patologiya göz xrustalı və qişasının pozulması zamanı üzə çıxır. Bu vəziyyət isə anadangəlmə də ola bilər, sonradan əmələ də gələ bilər. Bu gün bu xəstəlik eynək və linzalarla müalicə olunur. Eyni zamanda lazer müdaxiləsi də xəstəliyi aradan qaldırır. Müalicəsiz bu xəstəlik çəpgözlülük və görmə qabiliyyətinin kəskin zəifləməsi ilə nəticələnir.
-Daltonizim- rəng korluğu da deyilir. Anadangəlmə olur və insanda müxtəlif rəngləri ayırd etmə qabiliyyəti olmur. Müxtəlif mərhələlərdə üzə çıxa bilər. Məsələn, üç əsas rəngi (qırmızı, yaşıl, göy) ayırd edə bilməmək.
-Keratit-gözün buynuzlu qişasının iltihabıdır. Bunun bir sıra səbbələri ola bilər amma nəticə eynidir: buynuzlu qişa getdikcə bulanıq olur, buna paralel olaraq da görmə qabiliyyəti kəskin şəkildə pisləşir. Bununla yanaşı, bu xəstəlikdən ziyyət çəkən pasient bir sıra xoşagəlməz hallarla üzləşir. Bura kəskin ağrılar da daxildir. İlkin mərhələdə müalicə olunur, kəskin formada isə, yəni, buynuzlu qişa yaralarla örtülübsə, keratoplastika əməliyyatı olunmalıdır.
-Konyunktivit-gözun selikli qişasının iltihabıdır. Bunun isə bir çox səbəbi ola bilər. Xəstəliyin formasından asılı olaraq, gözdə şişkinlik, qızartı, ağrı ola bilər və eyni zamanda çirk axa bilər. Bu problem üzərində təkcə oftalmoloq yox, bir sıra mütəxəssis çalışır. Müalicə əksər hallada medikamentoz müalicədir.
-Xalyazion-göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Göz qapağının şişməsi ilə başlayır. Müayinə zamanı kiçik nödül görmək mümkündür. Diaqnoz alətlər vasitəsilə dəqiqləşdirmə tələb etmir. Üzdən müayinə zamanı problemi müşahidə etmək mümkündür. Xalyazionun yarandığının ilkin mərhələsində müalicə etmək mümkündür. Amma ağırlaşmış formada cərrahi müdaxilə tələb edir.
-Quru göz sindromu- bu zaman göz qapağı və buynuzlu qişa kifayət qədər nəm olmur. Bu problemin səbəbi isə ifraz olunan göz yaşı miqdarının normada olmamasıdır. Nəticədə isə insanın gözündə ağrılar yaranır, işığa qarşı həssaslıq və digər simptomlar üzə çıxır.
-İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabıdır. İltihab kipriklərin hansısa infeksiyaya yoluxması ilə bağlıdır. Sözügedən xəstəlik spesifik simptomlara malikdir: gözün şişməsi və ağrı, göz qapaqlarının qızarması, iltihab yaranması. İlkin mərhələdə müalicə asanlıqla mümkün olur.
-Kompüter sindromu-insanın uzun müddət kompüterdə işləməsinə reaksiyasıdır. Vaxtının çoxunu kompüter monitor arxasında keçirən insanların ümumi vəziyyətidir. Baş ağrısı, iti görmə qabiliyyətinin zəifləməsi, göz ağrısı ilə müşayət olunur. Bu xəstəlik beynəlxalq təsnifatlandırmada olmasa da, onu gözardı etmək olmaz. Bu vəziyyət miopiyanın yaranmasına səbəb ola bilər. Bu səbəbdən vaxtında müalicə etmək lazımdır. Bu müalicə əsasən iş rejimi və istirahət rejiminə riayət etməkdir.
-Blefarit - göz qapağının kənarında, kirpiklərin xaricə doğru uzandığı və arxasında da yağ bezlərinin olduğu hissədə görülən bir xəstəlikdir. Bu xəstəlik zamanı göz qapaqları qızarır və şişir. Bundan əlavə, pasient işığa qarşı həssas olur. Onun kiprikləri tökülə bilər. Müalicə xəstəliyin yaranma səbəbinini ortadan qaldırmaqla bağlıdır və konservativ müalicə üsullarını özündə ehtiva edir.
Retina (göz kürəsinin arxa divarını örtən ,görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa) distrofiyası- insanın föz sisteminin patoloji prosesidir. Nəticədə görmə qabiliyyətini tamamilə itirmək mümkündür. Anadangəlmə və sonradan yaranan xəstəlik ola bilər. Müxtəlif üsullarla müalicə olunur: medikamentoz preparatlar, cərrahi müdaxilə vəs. Əgər xəstəlik yaş dəyişikliyi ilə bağlı yaranıbsa, müalicə daha effektiv ola bilər.
Yuxarıda sadalanan göz xəstəlikləri oftalmoloji təcrübədə ən çox müşahidə edilən xəstəliklərdir. Əslində isə problemlər kifayət qədər çoxdur və insanlar problemi özbaşına həll etməyə çalışdıqları üçün daha da artır.
Görmə qabiliyyəti ilə bağlı istənilən kiçik problemi özündə hiss edən insan ilk olaraq peşəkar oftalmoloqa müraciət etməlidir. Həkim bu zaman problemin yaranma səbəbini və nə etmək lazım olduğunu müəyyən edir. Həkimə daha tez müraciət etmək isə görmə qabiliyyətinin daha çox bərpası ilə nəticələnir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1218   Tarix: 05 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təbiətdən gələn şəfa: Keçibuynuzu

Son illərdə təbii məhsullara maraq əsnasına keçibuynuzu yenidən gündəmə gəlib. Aralıq dənizi bölgəsində yetişən bu bitki həm bütöv, həm bəkməz, həm də toz formasında istehlak edilərək immunitetdən enerjiyə qədər bir çox fayd

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA

Sağlam hamiləliyə hazırlıq uzun illərdir əsasən qadının məsuliyyəti kimi qəbul olunur. Hamilə qalmağa hazırlaşan qadınlara spirtli içkilərdən imtina etmək, bəzi qidalardan uzaq durmaq və həyat tərzlərini dəyişmək tövsiy

.

Gündə üç dəfə qəbul etmək bağırsaqda möcüzələr yaradır

Bağırsaqlarınızın düzgün işləməsini təmin etmək üçün müəyyən qidaları istehlak etməlisiniz. Xüsusilə müxtəlif meyvələr bağırsaq hərəkətini stimullaşdırmağa kömək edir və qəbizlik kimi sağlamlıq problemlərini aradan qaldırır

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.  xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatlar

.

Bayram günü ilə bağlı vacib XƏBƏRDARLIQ

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.  bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib. Mütəxəssisləri

turlar.az

hamiləlik gelinlikler reseptler düz qarın gənc qızlar üçün saç düzümləri aliment almaq cemli piroq kosmetika rəksanə anabaci bayatı haqisda penis