Gözdən linzaları çıxarmadan yatanda nə olur? - Həkim AÇIQLADI

Gözdən linzaları çıxarmadan yatanda nə olur? - Həkim AÇIQLADIGörmə problemi olan insanların əksəriyyəti həyatlarını asanlaşdırmaq üçün kontakt linzalardan istifadə edirlər. Lakin, hər kəs bu linzalardan istifadə edərkən gigiyena qaydalarına riayət etmir. Hətta bəzən insanlar yorğun olduqları üçün yatmazdan əvvəl linzaları çıxarmağı unudurlar. Bu da nəticədə allergiya, infeksiyalar, mikrotravmalar və hətta buynuz qişasının hipoksiyası kimi ciddi problemlərə səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq Kirill Svetlakov danışıb. Ekspertin sözlərinə görə, hər bir şəxs ən azı həftədə bir dəfə bütün gigiyena qaydalarına riayət edərək, kontakt linzalardan imtina etməlidir.
"Linzaları taxarkən bütün gigiyena qaydalarına riayət edilməlidir: saxlanma üçün məhlul düzgün seçilməli, linzaları dəyişdirərkən əllər təmiz olmalı və heç bir halda linzalar çox uzun müddət taxılmamalıdır. Həftədə ən azı bir gün kontakt linzalardan imtina etmək lazımdır ki, gözün səthində başqa yad cisim olmasın", - deyə mütəxəssis vurğulayıb.
Kontakt linzalar iki növdür: sərt və yumşaq. Sərt linzalar səhər taxılmalı və axşam saatlarında çıxarılmalıdır. Yumşaq linzalar isə təkrar istifadə edilə bilənlərdir və daha çox risk daşıyır. Yumşaq linzaların materialı kifayət qədər qalındır və bu səbəbdən oksigenin gözlərə çatmasına mane olur.
Kirill Svetlakovun sözlərinə görə, əgər linzalarla yuxuya getmisinizsə, onları dərhal çıxarmamalısınız. İlk olaraq, buynuz qişanıza istirahət verməli və sonra istifadə etdiyiniz göz damcıları ilə gözlərinizi nəmləndirməlisiniz. Daha sonra kontakt linzaları təmiz əllərlə ehtiyatla çıxarın. Ən yaxşısı isə gözlərinizi 12 saat və ya daha uzun müddət ərzində oksigenlə təmin etməkdir.
Əgər linzalarla yatdıqdan sonra gözlərinizdə ağrı, qaşınma və ya qızartı yaranarsa, təxirə salmamalı və dərhal oftalmoloqa müraciət etməlisiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1663   Tarix: 03 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

makiyaj instagram geymler 2026 sade makiyaj sekilleri prostat almaniya haqqinda melumat kolbasa hazirlanmasi maraqli hind filmleri kosmetika gozde olar seksual dovsan novruz bayrami hakisda haxista