Gözəllik kraliçası faciəvi şəkildə qətlə yetirildi - FOTOLAR
Filippinin gözəllik kraliçası Meri Kristin Balaqtas faciəvi şəkildə qətlə yetirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı model ona çiçək və şokolad gətirən fanatlarına qapını açarkən həmin adamlardan biri silahını çıxararaq atəş edib.
Model başından aldığı güllə yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis cinayətkarın motosiklet ilə hadisə yerindən qaçdığını bildirib.