Gözləriniz səyirir? Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

Gözləriniz səyirir? Gözlərin səyirməsi hansı səbəbdən baş verir?Bizim əksəriyyətimiz göz səyirməsinin nə olduğunu bilirik. Gözün səyirməsi qəfil başlayır. Bu bəzən kitab oxuyarkən, televizora baxarkən gözün üst qapağının titrəməsidir. Gözün səyirməsi bəzən qısamüddətli olur, bəzən isə günlərlə davam edir. Bu gözətrafı əzələdəki spazm və ya sinirlərin atılması səbəbindən baş verir. Gözün səyirməsi insan orqanizmi üçün təhlükəli hesab edilmir, amma bəzən sağlamlıqla əlaqədar ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Xəstəlik əlaməti kimi baş verməsə də gözün səyirməsi insanın sinir sisteminə təsir edərək onu qıcıqlandırır.
Tibb elmi gözün səyirməsini "təkrarlanaraq gözün üst qapağında baş verən spazm tutması" kimi qeydə alır. Baş verən bu spazm bir və ya hər iki gözdə meydana çıxa bilir. Bəzi mütəxəssislər bunu göz əzələsinin qıcolması kimi qəbul edirlər. Bu qıcolmalar isə bəzən bir-neçə gün davam edir və sonra öz-özünə aradan qalxır.
Göz niyə titrəyir?
Gözün səyirməsinin dəqiq hansı səbəblərdən baş verməsi tibbə məlum deyil. Mütəxəssislər onun yorğunluqdan, stressdən, çoxlu kofein və ya spirtli içki qəbulundan baş verdiyini söyləyirlər. Gözün titrəməsi gözlərdə yorğunluq meydana çıxan zaman, gözlərdə həddindən artıq gərginlik olduqda, allergiya və ya göz membranının qıcıqlanması zamanı meydana gələ bilir. Spazm səbəbli baş verən bu əlamətlər zərərsiz və ağrısızdır.
Bəzən gözün səyirməsi nevroloji səbəblərdən meydana çıxır. Bu blefopospazm, amiotrifik skleroz, Lu Qeriq xəstəliyi zamanı baş verir. Blefarospazm ən çox qadınlarda baş verir, orta və yaşlılarda daha çox müşahidə edilir. Nevroloji səbəbdən gözün səyirməsi zamanı gözlər işığa qarşı həssas olur, üzün səyirən göz tərəfdə olan hissəsinin əzələləri titrəyir, bəzi hallarda isə gözün üst qapağı bir-neçə saat örtülü qalır.
Mütəxəssislər aşağıdakı hallarda gözlərində səyirmə olan adamları mütləq oftolmoloqa müraciət etməyi məsləhət bilir:
* Gözdə səyirmələr bir həftədən artıq baş verdikdə.
* Səyirmə həm gözdə, həm də üzdə baş verdikdə.
* Səyirmə zamanı gözdə şişkinlik baş verdikdə.
* Səyirmə ilə bərabər gözdən yaş gəldikdə.
* Gözün üst qapağı sallandıqda.
Oftalmoloq səyirmənin göz səbəbindən baş veməməsini təsdiqlədikdə isə mütləq nervpotoloqa müraciət etmək lazımdır. Problemi özünüz aradan qaldırmaq istədikdə isə stressi aradan qaldırmalı və yuxu rejiminizi normallaşdrımalısınız. İynəbatırma və massaj vasitəsilə də əlaməti aradan qaldırmaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1283   Tarix: 12 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

toy makiyaji sekilleri kosmetik vasiteler gelinlikler ancelina colinin sekilleri yuxu yozmalar xərçəng bürcü saç düzümləri kosmetika ariqlamaq burcler haqqinda maraqlı baldiza aid rus dilin nece orenek