GÜMÜŞ MAQİYASI. NİYƏ GÜMÜŞ QARALIR? ONUN SAĞLAMLIĞIMIZA VƏ TALEYİMİZƏ İNANILMAZ TƏSİRİ!

GÜMÜŞ MAQİYASI. NİYƏ GÜMÜŞ QARALIR? ONUN SAĞLAMLIĞIMIZA VƏ TALEYİMİZƏ İNANILMAZ TƏSİRİ!Gümüş maqiyası. Niyə gümüş qaralır? Onun sağlamlığımıza və taleyimizə inanılmaz təsiri!

Qadinsaytı.az SaqLamHeyat.az-a istinadən bildirir ki, Gümüş əslində bizə açıq-aydın izah edilmədiyi halda, olduqca faydalı və inkişafa aparan xüsusiyyətləri olan elementdir. Biz köhnə insanlara geridəqalmış dediyimiz halda, onlar bəzi şeylərdə bizdən çox irəlidə olmağı da bacarıblar. Məsələn, keçmişdə məhz gümüşü tibbdə geniş istifadə edir, bu elementi səhiyyənin bir parçası kimi qəbul edirdilər. Bəs belə olduğu halda, müasir dövrdə niyə bu qədər xəstəliklərdən xilas ola bilmirik? Üstəlik də, hər il yeni xəstəliklər peyda olur və bütün dünya bu xəstəliklərə qarşı mübarizə üçün milyonlar xərcləyir.

Gümüşün faydaları Julius Caesar dövründən bəri bəllidir. Romalılar kiçik gümüş parçalarını yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, yunanlar su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edərdilər. Bundan əlavə, Roma İmperiyası dövründə yalnız gümüş qablarda su daşıyan əsgərlərə döyüşə getməyə icazə verilirdi, çünki Romalılar gümüş qabların suyu təmiz və saf tutduğunu bilirdilər. 14-cü əsrdə Avropanın mərkəzində əhalinin 25 faizi vəbadan ölmüşdü, yalnız qaraçılar bu fəlakətdən can qurtara bilmişdilər. Qaraçıların müalicə məqsədiylə gümüşü kiçik hissəciklərə ayırıb, açıq damardan bədənlərinə yeritdikləri bəlliydi. Hissəciklər qan dövranı sayəsində bütün bədənə yayılıb bakteriya və virusları yox edirdi. Bəzən bu hissəciklərin lazım olduğundan çox olması səbəbiylə qaraçıların çoxu argyria xəstəsi olmuşlar.

Həkimlər gümüşün faydalarını bilir və buna görə də, xəstələrinə daha sağlam olmaq istəyirlərsə, gümüş qablarda, gümüş çəngəl-bıçaq-qaşıq istifadə edərək, yemək yemələrini tövsiyə edirdilər. Bəzi insanlar körpələrinə sormaq üçün gümüş qaşıq verməyə başlayıb. "Ağzında gümüş qaşıqla doğulmaq" deyimi də məhz buradan gəlmişdir; çünki bunu o zamanlarda zəngin ailələr bilirdi və zəngin uşağı olmaq, yəni doğuşdan şanslı olmaq mənasında istifadə edilən bu deyim burdan törəmişdir.

Dr Henry Crookes 1900-cü illərin əvvəlində gümüşü bir çox xəstəliyin müalicəsində istifadə etmişdir. Elmi işləri nəticəsində mövcud heç bir mikrobun kolloid gümüşə 6 dəqiqədən çox dözə bilməyəcəyini müəyyən etmişdir. Dr J.Mark Hovel British Medical Journal’da kolloid gümüşün virusların məhv edilməsində xüsusilə təsirli olduğunu raport edib.

İkinci Dünya müharibəsi əsnasında penisillin kəşf edildi və sintetik olaraq istehsal edildi. Beləcə tibbdə patenti alınmış sintetik dərmanlarla böyük dərman firmalarını çox varlı edən yeni bir dövr başlandı. Təbiətdə olan heç bir şeyə görə isə patent almaq mümkün deyildi, ona görə də gümüşün faydalarından varlana bilməyənlər bunu hər yolla insanlara unutdurmağa çalışırdılar.

Gümüşün ilk antibiotik maddə olduğu güman edilir. Müəyyən bir dövr ərzində gümüş metal yarpağı bir sarğı bezi olaraq istifadə edilmişdir. Bu gün gümüş, demək olar ki, infeksiya idarəsinin kritik olduğu hər yerdə, bandajlardan yanıq müalicəsində istifadə edilən dərmanlara qədər səhiyyə məhsullarında çox geniş spektrdə antimikrob özəlliyinə görə istifadə olunur.Amerikadakı doğulan uşaqlara, doğuşdan dərhal sonra gümüş tərkibli göz damlaları gözdə meydana gələcək infeksiyaları qarşısını almaq üçün tökülür.

Gümüş 95 faizdən daha çox nisbətdə infraqırmızı əks-yansıtmaya malikdir. Gümüşlə təmas edən radioaktiv enerjinin 95 faizi geri yansıyacaq. Yəni gümüş radiasiyaya qarşı təsirlidir.

450 cür bakteriyanın DNT-sini pozaraq yox edə bilir. Sədəf, şəkər, qaşıntı, ayaq qoxusu kimi bir çox narahatlığa da müsbət təsir göstərir. Yeni hüceyrələrin çoxalmasını dəstəkləyərək yaraların yaxşılaşmasını sürətləndirir. Kolloid Gümüşün HİV virusunu bir neçə dəqiqə içində yox etdiyi ilə əlaqədar araşdırma isə, Dr Xiaojian Yao tərəfindən "Nanotexnologiya 2012 International Journal" da nəşr edilsə də, buna baxmayaraq heç bir şey edilmədi.

İçərisində gümüş ion saxlayan tək qida qozdur. Bu məlumatlara baxsaq yeməli olduğumuz ən əsas qida qozdur və buna qarşı laqeyd olmaq olmaz.

Həkimlərin əsasən gümüş suyunu gözardı etmə səbəbi yenə də kapitalist dünya quruluşuna söykənir. 1906-cı ildə bütün böyük dərman şirkətlərini satın alan John D. Rockefeller koloidal gümüşün dərman satışlarının qarşısında maneə meydana gətirəcəyinin fərqində idi. Bu səbəblə Jude Abraham Felxner-in köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu mövzusunun araşdırılmayacağı və bu təlimata uyğun gəlməyən bütün professorların lisenziyalarının əlindən alınacağını bildirmişdi. İşin maraqlı tərəfi isə budur ki, Rockefeller özü ailəsinin heç bir zaman dərman istifadə etməsinə icazə verməmişdi.

Elmi fantastika dünyasına baxsaq, qarşımıza içinə girdiyiniz zaman bir anda bütün xəstəliklərimizi yaxşılaşdıran və bizi uzun müddət yaşadan sandıqlar çıxır. Yaxşı, bu sandıqlar gümüşdən düzəldilmiş ola bilər? Daha da inkişaf etdirilmiş, içərisində bakteriyalar dünyasından meydana gəlmiş, gümüş örtüklü mini bir laboratoriya indiki vaxtda kimlər üçünsə tikilmiş ola bilər? Bizdən gizlənən bir çox həqiqət varsa, bunların da tikilmiş olması mümkündür. Bizə göstərilənləri deyil, göstərilməyənləri görməyə çalışdıqca əslində necə bir nizamda yaşadığımızı görmək bütün bu ədalətsizlikləri dəyişmək üçün bizə daha da böyük səbəblər verməlidir. Dünyamızı yaşanılası bir yer etmək üçün əl-ələ verib, dəyərimizin fərqində olaraq çalışmalı və sorğulamalıyıq.

Xəbərlər     Baxılıb: 2787   Tarix: 28 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri kosmetika mehsullari maraqli hind filmleri gənc qalmağın sirləri gəncə xəbərləri elm haqqinda atalar sozu kosmetika oğlaq badambura burcler haqqinda hakisdalar burclerin uygunlugu