Gün altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ
Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy öz youtube kanalında uşaqlar üçün "zaqar" almağın təhlükəsi haqqında danışıb.
Pediatrın sözlərinə uşaqlar ümumiyyətlə gün şüalarının altında olmamalıdır, onlar yalnız kölgədə, çətirin altında "zaqar" ala bilərlər. Məsələ burasındadır ki, uşaqların dərisi çox nazikdir və onlarda gün yanıqları çox tez inkişaf edir.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, gün yanıqları insanlarda dəri xərçənginin riskini artırır. Uşaqlar üçün belə yanıqlar xüsusilə təhlükəlidir. Həkimin sözlərinə görə, uşaq vaxtı 5 günəş yanığı epizodu böyüyəndə dəri xərçənginin riskini 80% (!) artırır.
Komarovskiy bildirib ki, çimərliyə yollananda və ya günəşli havada gəzməyə gedəndə uşağın bədəninin açıq yerlərinə mütləq günəşdən qoruyan krem çəkilməlidir. Uşaqlar üçün nəzərdə tutulan kremlərdən istifadə etmək lazımdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir