Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
Biokimyaçı Cessi İnçauspe gün ərzində zehni aydınlıq və psixi rahatlığı təmin edən ideal səhər yeməyinin sirlərini açıqlayıb.
Milli.Azoxu.az-a istinadən xəbər verir ki, Cessi İnçauspe bu barədə Kolumbiyanın "El Tiempo" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, günün ilk qida qəbulu elə tənzimlənməlidir ki, ondan sonra qanda qlükoza (şəkər) səviyyəsi kəskin şəkildə artmasın. Əks təqdirdə, insan özünü daha impulsiv və həddindən artıq gərgin hiss edəcək. Bu isə vacib qərarların qəbul edilməsini daha çətin və stresli prosesə çevirəcək. Ekspert xüsusilə vurğulayıb ki, şirin səhər yeməkləri məhz belə neqativ hallara yol açır.
Gün ərzində gümrah və enerjili olmaq üçün səhər yeməyi mütləq zülallardan və sağlam yağlardan ibarət olmalıdır. Bu halda qanda şəkərin səviyyəsi stabilləşir və bədəndə sabit enerji axını təmin olunur.
Bununla yanaşı, qidaların qəbul edilmə ardıcıllığı da böyük əhəmiyyət kəsb edir. Cessi İnçauspe qeyd edib ki, əgər yeməyə tərəvəzlər kimi lifli qidalarla başlasanız, daha sonra zülal və yağlara keçsəniz, karbohidratları isə ən sona saxlasanız, o zaman qanda qlükoza səviyyəsi kəskin deyil, tədricən və mülayim şəkildə artacaq.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür