Gün ərzində hər kəsin öz ovcunun içi tutduğu qədər meyvə qəbul etməsi məsləhətdir

Gün ərzində hər kəsin öz ovcunun içi tutduğu qədər meyvə qəbul etməsi məsləhətdirYaz ayları gələndə insan orqanizmi bəzən fəsil dəyişikliyinə öyrənə bilmir. Belə olanda orqanizmdə halsızlıq, yorğunluq və avitaminoz kimi müəyyən dəyişikliklər müşahidə olunur. Bu zaman meyvələrlə qidalanmağa üstünlük vermək ən yaxşı çıxış yoludur. Meyvələr qida rasionumuzun əsas hissəsidir. Onların tərkibində çox sadə mikroelementlər və vitaminlər var. Ona görə də həkimlər meyvələri həmişə qida rasionuna daxil etməyi məsləhət görürlər.
Həkimlər yaz aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün yeyilməsi lazım olan meyvələr barədə məlumat veriblər. Məsələn, B6, K və S vitaminləri ilə zəngin olan nar immuniteti gücləndirir, mərkəzi sinir sisteminin işini, qanı normalaşdırır. Banan S, K və A vitaminləri və maqneziumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan qabaq və sonra banan yeyirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: "Yaz fəslində istifadə edilən meyvələr, daha çox alma, avokado, banan, eyni zamanda, yaz mövsümündə təbii formada yetişən çiyələk, gilas, alça və limonun çox böyük faydası var. Meyvələr vasitəsilə A, S və K vitaminləri qəbul edilir. K vitamini daha çox bananda olur, A vitamini çiyələk və giləmeyvələrin bir çoxunda var.
Banan yeməklə kökəlməkdən ehtiyat edənlər müəyyən normanı keçməməyə çalışmalıdırlar. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur. Bundan başqa mütəxəssislər yaz-yay aylarında daha çox giləmeyvələrə üstünlük verməyi məsləhət görürlər. Bunun səbəbi giləmeyvələrin daha az kalorili olmasıdır.
Həkim-terapevtin dediyinə görə, gün ərzində hər kəs öz ovcunun içi tutduğu qədər meyvə qəbul etməsi məsləhətdir: "Axşam gec saatlarda meyvə qəbulu məsləhət deyil. Xüsusilə günün birinci yarısı, səhər və günorta yeməyi arası qəlyanaltı zamanı ondan istifadə etmək olar. Çəkisi artıq olanların, şəkərli diabetdən əziyyət çəkənlərin turş meyvələrə üstünlük verməsi daha yaxşıdır. Əncir, tut, üzümün tərkibində şəkərin miqdarı daha çoxdur, onlar meyvə olsalar da, tərkibində təbii şəkər var. Şəkərin isə normadan artıq qəbulu sağlamlıq problemi olanlar üçün zərərli ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 30 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

sac duzumleri həkim məsləhəti gözəllik məhsulları darcin faydasi sepgilere qarsi maska her sey daxil intim münasibətləri kosmetika qu quşu faydalı bilgilər baldıza aid hakışta ana haqqinda bayati sirniyatlar