"Gün gələcək özüm düşünəcəm ki, bəsdir. Nöqtə qoymaq lazımdır"
Hər il deyirəm ki, televiziyadan gedəcəm. Özü də yay ayları yaxınlaşanda başlayıram. Bu günlərdə də deyirəm ki, bəsdir, bitirəcəm verilişi, gedəcəm televiziyadan".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olarkən deyib. Zaur fəaliyyətindən, aparıcılığından danışıb. O, hər il efirdən getməyi düşündüyünü söyləyib:
"Getmək fiziki, mənəvi yorğunluq və işin ağırlığındandır. Yaş da öz işini görür. Daha sakit yer axtarırsan. Sonra elə hallar səni ruhlandırır ki, yenə atılırsan işinə. Düşünürəm, elə gün gələcək özüm düşünəcəm ki, bəsdir. Burada vergül yox, nöqtə qoymaq lazımdır.
Hazırda özümü görmək istədiyim yerdəyəm. Ən yüksəkdə, pik nöqtədəyəm".
Qızından söz açan Zaur "Dilavər dünyaya gələndə Günayla (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) arzu etdik ki, onun hər ad gününü bir ölkədə qeyd edəcəyik. Ona görə də hər il pulumuzu yığıb harasa gedirik" sözlərini əlavə edib.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür