Gün işığı olmadan D vitamini necə əldə etmək olar? - Mütəxəssisdən tövsiyələr

Gün işığı olmadan D vitamini necə əldə etmək olar? - Mütəxəssisdən tövsiyələrQış aylarında günəşli günlərin azalması bir çox insanın D vitamini çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Halbuki D vitamini orqanizmdə sümüklərin möhkəmlənməsi, immun sisteminin güclənməsi və əhval-ruhiyyənin tənzimlənməsi üçün mühüm rol oynayır.
Bəs gün işığı olmadan bu vitamini necə əldə etmək mümkündür?
Milli.Az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, D vitamininin əsas mənbəyi günəş şüaları olsa da, alternativ yollar da mövcuddur. İlk növbədə qida rasionuna diqqət yetirmək tövsiyə edilir. Yağlı balıqlar (qızılbalıq, skumbriya, ton balığı), balıq yağı, yumurta sarısı və qaraciyər D vitamini ilə zəngin məhsullar sırasındadır. Həmçinin bəzi süd məhsulları və taxıllar D vitamini ilə zənginləşdirilmiş formada satışa çıxarılır.
həkimlərin sözlərinə görə, qida ilə kifayət qədər D vitamini qəbul etmək hər zaman mümkün olmur. Bu səbəbdən analiz nəticələrinə əsasən vitamin D preparatlarından istifadə edilə bilər. Lakin mütəxəssislər özbaşına və nəzarətsiz şəkildə əlavə qəbulunu tövsiyə etmirlər. Çünki normadan artıq D vitamini qəbulu da sağlamlıq üçün risk yarada bilər.
Bundan başqa, qapalı məkanlarda daha çox vaxt keçirən şəxslər üçün aktiv həyat tərzi, balanslı qidalanma və mütəmadi tibbi müayinə vacib hesab olunur. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər D vitamini səviyyəsini vaxtaşırı yoxlatdırmalıdırlar.
Mütəxəssislər vurğulayırlar ki, gün işığının məhdud olduğu dövrlərdə düzgün qidalanma və həkim məsləhəti ilə vitamin dəstəyi D vitamini çatışmazlığının qarşısını almağa kömək edə bilər.
Aysel
Milli.Az 

Xəbərlər     Baxılıb: 1328   Tarix: 13 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

sac duzumleri adlarin menasi həkim məsləhəti yay kolleksiyasi 2026 hamileliyin ilk elameti dolmalar elme aid atalar sozleri kosmetika veten haqqinda atalar sozu orqazm usaq geyimleri pomidor naz mila